Azərbaycanlı futbolçu "şou-biznes"də- "Məni aldatdılar"

Azərbaycanlı futbolçu "şou-biznes"də- "Məni aldatdılar"Hazırda "Sumqayıt"ın meneceri kimi fəaliyyət göstərən keçmiş futbolçu Ceyhun Sultanov sən demə, futbol oynadığı dönəmlərdə əməlli-başlı şou-biznes sahəsinə də girişib.

Mətbuatda yeni yayılan bu iddiaya görə, təxminən 10-12 il bundan öncə Sultanovun Şou-bizneslə bağlı qəzeti çap olunurmuş. Lakin sonradan ortaya çıxan müəyyən problemlər üzündən Sultanov qəzeti bağlamağa qərar verib.

Azərbaycan futbolunda yetərincə tanınmış Ceyhun Sultanovla bu məsələ ilə bağlı söhbətləşdik.

Publika.az-a danışan Sultanov bu məsələnin illər sonra üzə çıxmasına təəccübləndiyini deyib.

- Ceyhun bəy, deyilənlərə görə, 10-12 il öncə - futbol oynadığınız dövrlərdə şou-bizneslə bağlı qəzetiniz olub?
- Bəli, olub. Qəzetin adı da "Şou-biznes press" idi.

- Bəs niyə bağlandı?
- Heyəti özüm dağıtdım. İncidim, bağladım.

- Nəyə görə incidiniz?
- Hər şey yaxşı idi. Sadəcə məni aldatdılar. Məni aldadanda da özümə gələ bilmirəm. Bundan sonra da qəzeti dağıtmağa qərar verdim.

- Azərbaycan futbolunda yetərincə tanınan birinin "şou-biznes"lə bağlı qəzet çıxarmağa qərar verməsi maraqlıdır...
- Tanışlar var idi, ideya verdilər, mən də etdim.

- Məşhur jurnalistlərdən kimlər var idi?
- Çox adam var idi. Mən sadəcə idman jurnalistikasında olanları tanıyırdım və onları cəlb etmişdim.

- Qəzet təxminən nə qədər fəaliyyət göstərdi?
- Qəzet 2007-ci ildən fəaliyyət göstərməyə başlamışdı. Amma nə qədər davam etdiyini dəqiq xatırlamıram, yadımda deyil.

- Gündəlik qəzet idi, ya həftəlik?
- Xeyr, həftəlik çıxırdı. Amma yaxşı başlamışdıq. Sonra dediyim səbəblər üzündən qəzeti bağlamalı oldum.

- Bu qəzetin sizin rəhbərliyinizlə çıxdığını bilirdilər, yoxsa gizli saxlayırdınız?
- Çox adam bilmirdi. Çünki mənim adıma deyildi. Sadəcə olaraq, maliyyə məsələlərini mən həll edirdim.

Qeyd edək ki, qəzetin fəaliyyəti dövründə C.Sultanov "Xəzər Lənkəran"ın formasını geyinirdi. Sultanov 2007-2010-cu illərdə cənub klubunda çıxış etdiyi dövrdə 54 matça çıxıb və 3 qol vurub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1419   Tarix: 30 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 377
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 2014
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 166
.

Runi futbol əfsanələri ilə işləyəcək

Ueyn Runi "Birminqem Siti"dən qovulduqdan sonra klubsuz qalıb. Ancaq İngiltərə millisinin keçmiş oyunçusunun işsizliyi uzun sürməyib. -ın xarici mediaya istinadla məlumatına görə, 38 yaşlı Runi artıq özünə yeni iş tapıb. İngilis futbolçu 2021-ci ildə futboldan ayrılıb. Futbolçu karyerası ərzind

05.05.2024 205
.

Volkan Demirel istefa verdi

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirel istefa verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. Gənc mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. Onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur

03.05.2024 275
.

"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub. Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədə

05.05.2024 158
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 344
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

05.05.2024 282
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 351