Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]

Sənətçilərin çoxu "övlad" adlandırdıqları ev heyvanlarına o qədər bağlıdırlar ki...
Sirr deyil ki, Azərbaycan sənətçilərinin yaradıcılığı şəxsi həyatı qədər populyar deyil.

Şəxsi həyat deyəndə isə, ilk növbədə, həmin sənət adamının şəxsi münasibətləri, evi, maşını, dəbdəbəli həyatı yada düşür. Amma sənətçilərimizin bir çoxu toy və el şənliklərindən qazandıqları pulları həm də "ailələrinin bir üzvü" adlandırdıqları heyvanlarına xərcləyirlər.

Bu sənətçilər sırasında əvəzolunmaz tenor, xalq artisti Müslüm Maqomayev, xalq artistləri Flora Kərimova, Aygün Kazımova, əməkdar artistlər Səməd Səmədov, Ədalət Şükürov, İlqar Muradov, müğənnilərdən Röya, Elnur, Nadir Qafarzadə, Günel Ələkbərova, "Eurovision" ulduzlarından Elnur Hüseynov, Aysel Teymurzadə, Safura Əlizadə, Ülviyyə Rəhimova, o cümlədən sənətə yeni addımlar atan gənc müğənnilər də var.

Sənətçilərin çoxu "övlad" adlandırdıqları ev heyvanlarına o qədər bağlıdırlar ki, hətta bununla bağlı müəyyən inancları da yaranıb.

Məsələn, tenor Müslüm Maqomayev "Çarlik" adlı sevimli itinin naxoşlaması səbəbindən Moskvadakı çıxışlarından birini təxirə salıbmış.

Aygün Kazımovanın "Prinsessa" adlı iti bir zamanlar verilişlərdə xalq artisti ilə birgə görünürdü. "Prinsessa"nın qarderobu isə uzun müddət müzakirə mövzusu olmuşdu.

Əməkdar artist Ədalət Şükürovun zövq aldığı əyləncələrdən biri, evə gələrkən, sevimli iti ilə vaxt keçirməsidir.

Müğənni Elnurun "Belıy" adlı ağ avçarkasına olan diqqətini isə sosial şəbəkələrdə yerləşdirdiyi fotoşəkillərdə də görmək mümkündür. "Belıy" adlı itin xüsusi yatağı və istirahət guşəsi var.

"Eurovision 2009" mahnı müsabiqəsinin ulduzu Safura Əlizadə də heyvanlara xüsusi qayğı ilə yanaşan ifaçılardandır. Müğənni həm müsabiqədən əvvəl, həm də sonra bir çox tədbirlərə iti ilə birgə gedir. Safura Əlizadə "Prinsessa"nın ona uğur gətirdiyinə inanır.

Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]Sənətçilərimizin heyvan sevgisi [Fotosessiya]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12100   Tarix: 09 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763