Yuxusu qaçanların çarəsi tapıldı

Yuxusu qaçanların çarəsi tapıldıYuxusuzluq insanlar üçün əsl kabusa çevrilib. Ertəsi gün qalxıb işə getməlisiniz, amma yata bilmirsiniz, elə? Narahat olmayın quzuları saymaqdan çox daha təsirli üsul var.

Hər kəs başını yastığa qoyan kimi yatmaq istəyir. Amma təəssüf ki, beyin məşğul olanda bu istəyi həyata keçirmək o qədər də asan olmur. Üstəgəl, səhər tezdən qalxıb işə ya da məktəbə getmək məcburiyyətindəsinizsə, keçmiş olsun, bərbad bir gecə sizi gözləyir. Çox adam yatmazdan əvvəl ya qoyun-quzu sayır, ya da yuxu dərmanı içir. Lakin elm sadəcə 60 saniyədə yuxuya gedə biləcəyinizi deyir. Bu üsulla yanınızdakı şəxs xoruldasa belə, siz rahat-rahat yatacaqsınız.

Harvardlı həkim Andrey Ueil uzun müddətdir yuxu və nəfəsalma texnikaları üstündə işləyirdi. Ötən günlərdə "4-7-8" ya da "Rahatlaşdırıcı nəfəs" adlandırılan texnikasını sosial şəbəkələrdən paylaşıb. Bununla da yüzlərlə adam telefon ya da komputerin arxasında yuxuya gedib. Yata bilməyənlər isə ya uzun müddət boş-boş danışıb, ya da əsnəməli olub.

Ueil öz metodunu belə açıqlayır:

"Nəfəs almağın psixologiyanız və bədəninizdəki sistemlərlə güclü bağlılığı var. Sadə şəkildə nəfəs almağa diqqət edərək rahatlaşa və sürətlə yuxuya gedə bilərlər. Saatın neçə olduğunun isə heç bir əhəmiyyəti yoxdur".

Yoqa və bənzər məşqlərin də yer aldığı yazıda nəfəsalma texnikaları ilə həqiqətən yuxusuz gecələrinizdən tamamilə xilas olacaqsınız. Bu isə həmin texnikanın tətbiqolunma üsulu:

1. Dilinizi üst dişlərinizin arxa qisiminə dəyəcək mövqedə saxlayın.

2. Ağzınızı bağlayıb burnunuzdan 4-ə qədər yavaş-yavaş sayaraq nəfəs alın.

3. Nəfəs almayın və ürəyinizdə 7 dəfə sayın.

4. Nəfəsinizi verərkən 8-ə qədər sayın.

5. Bu əməliyyatı 3 dəfə təkrar edin. Cəmi 76 saniyə keçəcək. Çox adamisə ümumiyyətlə, 60-cı saniyədə yuxuya gedir.

Bu metodu sınayanda fikrinizi tamamilə nəfəs almağa və tətbiqin əməliyyatlarına yönləndirin. Yata bilməyənlər üçün Dr. Ueil "Bu işi buraxaram" deyərək öz metoduna zəmanət verib. Hər kəsə indidən şirin yuxular.

atv.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4520   Tarix: 24 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 505
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 171
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 341
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 287
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 516
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 168
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 264
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 156
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 244