Evə civə dağılarsa, nə edək?

Evə civə dağılarsa, nə edək?Civə təbiətdə geniş şəkildə istifadə olunan təhlükəli maddədir.

Civə metal rəngində, parlaq, iysiz olur və tez buxarlanır. Ona termometr, barometr, təziq aparatı və başqa əşyalarda rast gəlmək mümkündür. Civə buxarları havadan 7 dəfə ağır olub, həddən artıq zəhərlidir. Onun çox kiçik bir miqdarı belə insanın sinir sisteminə və böyrəyinə təsir edir, inkişaf problemlərinə, beyin ixəstəliklərinə gətirib çıxarır. Hətta vaxtında müdaxilə olunmazsa ölüm qaçınılmazdır.

Civə ilə bağlı qarşılaşdığımız ən geniş yayılan problemlərdən biri də evdə termometrin qırılmasıdır. Sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Dağılan civə orqanizmə 2 yolla - həzm və nəfəsalma sistemindən daxil olur. Əgər uşaq civəni udubsa, uşağı dərhal qusdurmaq və təcili yardım çağırmaq lazımdır. Civə çox tez buxarlanır və bu səbəbdən əgər evdə termometr sınıbsa, civə nəfəs yollarından orqanizmə daxil ola bilər. Nəticədə insan zəhərlənir.

Əgər evinizə civə dağılarsa ilk tədbir olaraq bunları edin.

Civə dağılmış otaqdan insanları tez çıxartmaq, tənəffüs orqanlarını civə buxarlarından qorumaq üçün ağızı yaş tənzif vasitəsilə bağlamaq lazımdır.

Otaqda civənin buxarlanmasının qarşısını almaq üçün pəncərələri açaraq temperaturun aşağı salmaq, dağılmış civənin üzərini isladılmış kağız qəzet, vərəq və ya yaş əski parçası ilə örtmək lazımdır.

Üzərinə civə dağılmış bütün əşyaları toplayaraq kisələrə dolduraraq eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər müvəqqəti saxlamaq lazımdır.

Əgər zəhərlənmə baş veribse ilk növbədə zərərçəkmişin mədəsi 20-30 qr aktivləşdirilmiş kömür qatılmış su və ya su ilə qarışdırılmış yumurta ağı ilə yuyulmalı, ardınca süd, düyü və ya yulaf həlimi verilməlidir. Həkim gələnə qədər burun, göz və ağız boşluğu 2%-li soda məhlulu ilə yuyulmalı, zərərçəkmiş mümkün qədər xəstəxanaya tez çatdırılmalıdır.

atv.az\


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5184   Tarix: 07 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

TOP MP3