Santa Monika şəhərində 18 sentyabr "Üzeyir Hacıbəyli Günü" elan olundu

Santa Monika şəhərində 18 sentyabr "Üzeyir Hacıbəyli Günü" elan olunduAzərbaycan klassik musiqisinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının tanınmış şəhərlərindən olan Santa Monika şəhəri tərəfindən xüsusi gün elan olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, şəhərin meri Kevin Makkion (Kevin McKeown) tərəfindən xüsusi bəyannamə imzalanaraq, 18 sentyabr 2015-ci il tarixinin "Üzeyir Hacıbəyli Günü" kimi qeyd olunacağı bəyan edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təqdim olunmuş bəyannamədə, Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin banisi olduğu vurğulanaraq, onun ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında Şərq və Qərb musiqisinin çalarlarını özündə birləşdirən yeni bir janr yaratdığı diqqətə çatdırılır.

Ölməz bəstəkarın milli musiqimizə verdiyi töhfələrlə yanaşı, onun jurnalist, müəllim və tərcüməçi kimi Azərbaycan maarifçiliyində oynadığı roldan bəhs edilərək, Üzeyir Hacıbəylinin bu istiqamətdəki fəaliyyətinin ölkə sərhədlərini aşaraq bütün Avrasiyada insanların tərəqqisinə işıq saçdığı qeyd olunur.

Həmçinin, Üzeyir Hacıbəylinin İslam dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının (ADR) formalaşmasında önəmli rol oynadığı və Azərbaycanın ilk himninin müəllifi olduğu xüsusi vurğulanır.

Eləcə də, bəyannamədə dahi bəstəkarın müsəlman dünyasında ilk opera və operettanın müəllifi olduğu qeyd olunaraq, dünya şöhrətli "Arşın Mal Alan" operettası və filmi barədə məlumat verilir və bu səpkidə filmin rənglənmiş versiyasının 19 sentyabr 2015-ci il tarixində ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcəyi bildirilir.

Qeyd edək ki, Los Anceles şəhərinin qonşuluğunda yerləşən Santa Monika şəhəri bir çox Hollivud ulduzlarının və rejissorlarının yaşadığı şəhər kimi tanınır. apa\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 648   Tarix: 03 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477