Ev nömrəniz mobil telefonunuzda
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC yeni "Aztelphone" xidmətini istifadəyə verib. MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, bu barədə "Aztelekom" MMC-nin marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.
Departament rəhbəri deyib ki, xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır.
Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.
Xidmətin aylıq abunə haqqı 20 manatdır.
"ƏSAS İSTİFADƏÇİLƏRİ ŞİRKƏTLƏR OLA BİLƏR"
R.Tağıyev hesab edir ki, xidmətin əsas istifadəçiləri şirkətlər və dövlət müəssisələri ola bilər: "Bu xidmətdən dövlət və özəl qurumların nümayəndələri də istifadə edə bilərlər. Xidmət bütün respublika abunəçiləri üçündür. Dünyada analoqu olmayan xidmət "Aztelekom"un uzun müddət apardığı araşdırmalar nəticəsində ərsəyə gəlib". azərtac\
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3663 Tarix: 31 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Röya: "İndiki ağlım olsaydı, Hüseyni tək buraxmazdım"
Röya Ayxan yeganə övladı Hüseynlə bağlı səmimi fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, Xalq artisti "Günə uğurla" proqramında etiraf edib:. "Bugünkü düşüncəm olsaydı, Hüseyni tək böyütməzdim". Röya bildirib ki, oğlunun bacı və ya qardaşının olmasını çox istəyirmiş
18.12.2025 230 Panama sahillərində zəlzələ baş verib
Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı
18.12.2025 195 Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi
Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə
18.12.2025 182 "Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar
Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı
18.12.2025 256 Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı
Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
18.12.2025 243 Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü
Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin
18.12.2025 155 "Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"
Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand
18.12.2025 366 Nigar Fərhadla bağlı daha bir QALMAQAL
Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI
18.12.2025 284 Balaəlinin ikinci övladı oldu
Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var
18.12.2025 420