Düşmən atəşkəsi 125 dəfə pozdu

Düşmən atəşkəsi 125 dəfə pozduMüdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a bildiriblər ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Həmçinin Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəş açılıb.

Eləcə də Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Ağdam rayonunun Çıraqlı, Yusifcanlı, Şuraabad, Mərzili, Şirvanlı, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 541   Tarix: 28 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub

"Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub". "Report" xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib. Onun sözlərinə görə, ölkənin enerji sistemi külək və Günəş Enerjisi Generatorları tərəfindən dəstəklənir:. "Yaz və yayd

05.05.2024 227
.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 393
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 454
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1424
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 217
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 170
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 201
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 186
.

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Qərbi Papua əyalətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,2 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb. Zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlanıb. Zəlzələ yerin 12,1 kilometr dərinlikdə qeyd

10:54 117