Göygöl Milli Parkının ərazisinə internet çəkiləcək
Göygölə Milli Park statusu verilməsi ilə ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib.
BiG.AZ-ın Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, turist girişinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ərazidə telefon və internet xidmətlərinin də mövcudluğunu gündəmə gətirib.
Göygöl Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyevin verdiyi məlumata görə, Milli Parkının inzibati binası Toğanalı kənd EATS-dən çəkilən telefonla və internetlə təmin edilib. Ümumiyyətlə, rayon ərazisində telefon və internet xidmətlərinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün tədbirlər davam etdirilir. Artıq "585" şəhər telefon abunəçilərinin sayında da artım var.
Gələcəkdə Göygöl ərazisində GSM tipli taksofonların qurulması nəzərdə tutulur ki, bu da turistlərin və rayon sakinlərinin telefon və internet xidmətlərinə olan tələbatını tamamilə ödəyəcək. V.Mirzəyev bildirib ki, rayonun digər ərazilərində də telefon və internet xidmətləri təmin edilir. "Göygöl qoruğuna yaxın Toğanalı kəndində 128 nömrə tutumlu EATS və 48 internet portu qurulub.
Bundan başqa ən böyük kəndlərdən olan Çaykənd kəndində də 480 nömrə tutumlu EATS, 96 internet portu qurulub. Göygöl şəhərinin yeni yaşayış massivindəki mənzillər üçün tutumu 704 nömrə olan, Qırıxlı kəndində telefona və genişzolaqlı internetə olan tələbatı ödəmək məqsədilə 256 nömrə tutumlu "MSAN" şkaf tipli EATS qurulub. Rayon ərazisində bütün kənd EATS-lərində genişzolaqlı internetə çıxış imkanlığı var. Rayonda özəl internet klubların sayında da artım müşahidə olunur.
Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır.
Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılıb.
Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkündür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1231 Tarix: 26 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Venesuelada hərbi əməliyyatlara işarə edib
ABŞ prezidenti Donald Tramp sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanmasına göstəriş verdikdən sonra ölkəyə qarşı hərbi əməliyyatın keçiriləcəyini istisna etmədiyini bildirib. NBC News-a telefonla danışan Tramp ABŞ-Venesuela gərginliyinə münasibət bildirib. BİG.AZ NBC News-
16:35 103 Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur
Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir
18.12.2025 307 Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd
13:55 239 Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. BİG.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsind
13:42 139 Köhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?
Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi
10:16 255 Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
"Yüksək balla universitetimizə qəbul olan tələbələrə təqaüdlərin verilməsi xüsusi əhəmiyyət kəsb edir". Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən dinləmədə çıxışı zamanı Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib. Z.Qurbanov qeyd edi
16:09 127 İtkin düşən balıqçılardan birinin meyiti tapıldı
Dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 199-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti nazirliyi
12:28 322 Qadınlar niyə iş yerlərində kişi işçilər tərəfindən qısqanclıqla qarşılanır? - PSİXOLOQDAN AÇIQLAMA
Qadınlar iş yerlərində kişi həmkarları tərəfindən qısqanclıqla qarşılaşırlar. Qadının iş yerindəki uğuru çox vaxt kişi həmkarları tərəfindən həzm edilə bilmir. Nəticədə qadınlar kişi işçilər tərəfindən daim təzyiqlə üzləşirlər. Mövzu ilə psixoloq Ezgi Şahin BİG.AZ-a açıqlamasında bildirdi ki, qısqanclıqla
15:06 165 "Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar
90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb
12:24 325