Arda Turanın illik qazancı məlum oldu

Arda Turanın illik qazancı məlum olduAtletiko Madriddə ortaya qoyduğu performansla Barselonaya transfer olan Arda Turanın illik qazancı məlum olub.

İspan mətbuatında yayılan xəbərlərə görə Arda Turan Katalan klubu ilə birlikdə illik 8 milyon avroya imza atıb. Bu məbləğin turnir yarışları ilə birlikdə 11 milyon avroya çıxa biləcəyi vurğulanıb.

Bu məbləğin qiyabi rəqəmlər olduğuna işarə edən qəzetlər vergilər çıxarıldığında Ardanın cibinə girəcək pulun təqribən 4 milyon avro olacağını açıqladılar. Çünki İspaniyada bu il qüvvəyə minən yeni vergi qanununa görə bir milyon avro pul qazanan professional futbolçular bu haqqın 50 faizini vergi olaraq ödəmək məcburiyyətində qalırlar.

Bu səbəbdən Ardanın Barselonadan aldığı gəlirin yarısını İspaniyanın vergi dairələrinə ödəmək məcburiyyətində olacağı bildirilib. Bundan başqa futbolçu əlavə mükafatlardan yararlanmayacaq. Lakin Arda Turanın mövsüm boyu keçiriləcək futbol maçlarının 60 faizində oynaması ona əlavə 1 milyon avro qazandıracaq.

Barselona Çempionlar Liqası və La Liqa kubokunu qazanması zamanı isə Arda Turanın qazancı 1 milyon daha artacaq və qazancı 6 milyon avroya yüksələcək. Türk futbolçunun aldığı bu ödənişin Barselona forması geyinən və mükafat alan Messi, Neymar, Suarez və İniesta kimi futbolçuların gəlirindən çox aşağı olduğu, ancaq gəlirinin xorvatiyalı futbolçu Rakitiç ilə bərabər olduğu da bildirilib.

İspaniya mətbuatı onu da bildirib ki, FİFA-nın Barselona klubuna verdiyi cəza səbəbi ilə Arda Turanın yanvar ayından forma geyinməsi onun əlavə mükafatlardan faydalanmasının bu il üçün çətin olacağını da qeyd edib.

a24.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3434   Tarix: 22 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 425
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 387
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 354
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 350
.

"Barselona" iki futbolçusu ilə bağlı qərar verib

İspaniyanın "Barselona" klubunda icarə əsasında çıxış edən Joau Kanselu və Joau Feliks in taleyinə aydınlıq gəlib. "Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Barsa" rəhbərliyi Kanselonun xidmətində maraqlıdır və müdafiəçi ilə yeni mövsümün əvvəli müqavil

27.04.2024 312
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 404
.

Tanınmış futbolçu milli karyerasını başa vurub

Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şarja" klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Bosniya və Herseqovina millisindəki karyerasını başa vurduğunu açıqlayıb. "Report" xəbər verir ki, tanınmış futbolçu bu barədə sosial şəbəkə vasitəsilə məlumat verib. 16 ildir millidə çıxış edən Pyani

04.05.2024 221
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 1011
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 226