İtaliya kubokunun yeni sahibi ''İnter'' oldu

Oyun olduqca sürətli başladı. Qarşılaşmada ilk təhlükəli hücumu Palermo yaratdı. 2-ci dəqiqədə cərimə sahəsinə daxil olan Hernadezin zərbəsi qapıdan azca aralı keçdi. Hücumlarını davam etdirən Siciliya təmsilçisi 17-ci dəqiqədə növbəti dəfə qola yaxın oldu. Klubun ulduz futbolçularından olan Pastorun zərbəsini Xulio Sezar uğurla dəf edə bildi. Amma bu fürsətlərdən yararlana bilməyən Palermo, matçın 26-cı dəqiqəsində qapısında qol gördü. İnter təşkil etdiyi ilk hücumda hesabı açdı. Şneyderin dəqiq ötürməsini qəbul edən Eto gözəl bir zərbə ilə topu qapıdan keçirdi. Qoldan sonra bərabərlik qolunu vurmağa çalışan Palermo hissənin sonuna qədər bu istəyinə nail ola bilmədi. Beləliklə də, ilk hissə İnterin minimal hesablı üstünlüyü ilə başa çatdı.

İnter qollarına davam etdi.
İlk hissədə olduğu kimi, ikinci hissədə də Palermonun üstünlüyü nəzərə çarpırdı. İlk dəqiqələrdən siciliyalılar bir neçə təhlükəlihücumlar təşkil etsələr də, bu fürsətlərdən yararlana bilmədilər. Ard-arda hücumlar təşkil edən Palermonun səyləri heç bir nəticə vermirdi. Xüsusilə də, İnterin qapıçısı Xulio Sezarın yaxşı oyunu hesabın bərabərləşməyinə imkan vermirdi. Amma bu səfər də, eyni hal təkrarlandı. Oyun ərzində üçüncü təhlükəli hücumunu təşkil edən İnter 2–ci ikinci qolunu vurmağı bacardı. 75-ci dəqiqədə yenidən Eto səhnəyə çıxdı. Kamerunlu futbolçu həm özünün, həm də komandasının ikinci qoluna imza ataraq dubla imza atdı. Hissənin sonlarına yaxın, 88-ci dəqiqədə Palermo Munozun qolu ilə hesabı minimuma endirdi. Qoldan ümidlənən siciliyalıların bundan artığına gücü çatmadı. Əvəzində isə İnter qarşılaşmaya əlavə olunmuş ikinci dəqiqədə hesabı 3-1-ə çatdırdı. Argentinalı ulduz Milito oyunda yekun hesabı müəyyənləşdirdi. Beləliklə də, bu qalibiyyətlə İnter İtaliya kubokuna sahib oldu.

İtaliya kubokunun yeni sahibi ''İnter'' olduİtaliya kubokunun yeni sahibi ''İnter'' olduİtaliya kubokunun yeni sahibi ''İnter'' oldu


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2342   Tarix: 31 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 360
.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 414
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 479
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 472
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 340
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 638
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 578
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 353
.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 496