"Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq"

"Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq"Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı İlham bəydən danışıb.

BiG.AZ xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi ona sevgisini etiraf edib:

"Həyatda çox çətinliklər görmüşəm. Salon açdım, veriliş yaratdım, nə qədər insana maaş verirəm. İndi restoran açıram. Çox özəl, fərqli bir yerdir. Dəbdəbədən, zər-zibadan uzaqdır. Rahat, sakit ab-havadadır. Bütün günümü ora sərf edəcəyəm. Hər müğənniyə Allah şans vermir ki, 40-50 yaşında sevilsin. İndi 36 yaşım var, sevilirəm. Bəlkə 5 ildən sonra məni sevən olmayacaq. Ailəm var, onlara gələcək qurmalıyam. İstəyirəm kiçik də olsa, bizneslər yaradım. Ondan sonra da klinika açmağı planlaşdırıram. İstəyirəm doğum evi açım. Hər dəfə orada uşaq dünyaya gələndə, mən sevincimdən uçacağam. Buna görə böyük vəsait lazımdır. Həyat yoldaşıma demişəm. Bilir ki, xanımlarla çalışmağı sevirəm. Qorxuram biznesləri yaradandan sonra məni oxumağa qoymasın. Deyəcək pulun var da (gülür). Yoldaşım müasirdir, geyimimə, sənətimə qarışmır, əksinə dəstək olur. Mənimlə fəxr edir. O məni çox istəyir. Deyir, sən güclü qadınsan. Həyat yoldaşım məni ən çətin günlərimdə qəbul edib. O günümdə, o vəziyyətimdə məni istəyib. Böyük ürəyi var".

R.İsmayılova həyat yoldaşı ilə necə tanış olduqlarından da bəhs edib:

"O, məni illər əvvəl tanıyıb. Həmin vaxtlar ailəli olub. Sonra yoldaşından ayrılan ərəfədə məni məclisdə görüb. Deyib, "Bu qız mənim olmalıdır". Altı ay nişanlı qız-oğlan kimi yaşamışıq. Hər gün mənə güllər göndərir, şam yeməyinə dəvət edirdi. Sonra dedi ki, evlənək. İnsanlar müğənniləri başqa cür düşünürlər: siqaret çəkən, içki içən. Mən bunlardan uzağam. Mən həyatımda siqaret, içki nədir, qəbul etməmişəm. Yoldaşım da mənə dedi ki, necə yəni, sən də azərbaycanlı müğənnisən, bunlardan uzaqsan? Düzü, heç vaxt sənətçilərimiz arasında elələrini görməmişəm. Edənə də pis baxmıram. O qədər dərdimiz, problemimiz var ki, ən acı təmbəki belə onu unutdurmaz. Müğənniləri qınamayın. Nə qədər gülsək də, problemimiz çoxdur. Biz dəbdəbəli həyat yaşamağa öyrəşmişik. Çətinlik görəndə depressiyaya düşürük, özümüzə qapanırıq. Xoşlayırıq ki, bizdən danışılsın. Amma eyni zamanda sadəliyi də sevirəm. İstəyirəm hərdən bazara girib alış-veriş edim. Restoranı ona görə açıram ki, orada yeməklər hazırlayım. Gözəl əl qabiliyyətim var. Hamımız o dünyaya gedəcəyik. Deməyəcəklər ki, bu müğənnidir, bu adi adam. Yıxılsam da, ayağa durmağı bacarıram. Çox çətinliklər gördüm. Qudurmadım. Bəzi sənət dostlarım var ki, tanınandan sonra dəyişiblər. Mən xalqımı sevən qızam. Məni toylarına aparıb pul veriblər. O pulla borclarımı qaytarıb, balalarımı böyütmüşəm. Elə həddə gəlmişdim ki, yaşamaq istəmirdim. Çətin günümdə bir sənət dostum mənə zəng vurmadı. İndi hamının dostuyam, bayramlarda yada salırlar. Moskva toylarım çoxalandan sonra hamısı məni çox istədi (gülür). Qalmaqallardan uzağam. Başımı aşağı salıb işləyirəm".

Müğənni həyat yoldaşının Bakıya tez-tez gəldiyini də bildirib:

"Həftənin şənbə günü gəlir, bazar ertəsi isə qayıdır. Bəzən mən onun yanına gedirəm. Biznesi Almaniyadadır, orada yaşayır. Çox dadlı yeməklər hazırlayır. Bəzən elə maraqlı xörək hazırlayıb, masaya gətirir ki, Aysun, biz təəccüb qalırıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7867   Tarix: 05 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 4786
.

"Sən Allah, onları efirdə danışdırmayın"

"Elə ifaçılar var ki, onları danışdırmasan yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcı Zaur Baxşəliyevdəən xahiş edib ki, bir çox ifaçını efirdə danışdırmasın:. "Elə şeylər var ki, efir üçü

27.04.2024 448
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 499
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 488
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1513
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 793
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1100
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 332
.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26.04.2024 1472