Sentyabrın 1-dən abunə haqqı 10 AZN olacaq

Sentyabrın 1-dən abunə haqqı 10 AZN olacaqAilə TV kanallar paketi yenilənəcək. "Caspian Telecom"un mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kabel televiziyası operatorlarında baza paketinə görə aylıq abunə haqqı 10 AZN tətbiq olunacaq: "Baza paketində tarif dəyişikliyinə səbəb ilk növbədə məzmunlu və daha keyfiyyətli televiziya yayımın təmin olunmasıdır. Belə ki, tarif dəyişikliyindən sonra rəqəmsal yayım baza paketində müxtəlif mövzuları əhatə edən ən baxımlı, əhali arasında yüksək tələbata malik telekanallar cəmləşəcək. Bundan əlavə, baza paketinə daxil olan müəyyən telekanallar bir neçə dildə yayımlanacaq".

Məlumatda deyilir ki, kabel televiziyası xidmətlərinin keyfiyyətinin artırılması və yüksək keyfiyyətli yayımın təmin olunması gündəmdədir: "Bununla bağlı telekanalların yayımında vahid standartların işlənməsi, ən qabaqcıl texnologiyaların tətbiqi, kabel televiziyası operatorlarının əhatə dairəsinin genişləndirilməsi və digər texniki məsələlərin icrasına başlanılıb.

Tarif dəyişikliyi sentyabrın 1-dən qüvvəyə minəcək. Bu tarixədək abunəçilər hazırkı 9 AZN tarifinə uyğun olaraq kabel televiziyası xidmətlərindən istifadə edəcək.

Bu tarixdən KATV1 kabel televiziyası da paketlərin formalaşdırılmasına bəzi dəyişikliklər edəcək. Dəyişikliklər əsasən, abunəçilərə kanalların yayım dili seçimini və istəyə görə kanal seçimindən ibarət yayım paketini formalaşdırmaq imkanı verir.

Eyni zamanda, "HD" paketinin daha da zənginləşdirilməsinə şərait yaradılacaq. Əsas paketdə "əyləncəli", "kinofilmlər" və "idman" formatlı populyar kanallar üstünlük təşkil edəcək. Yenilənmə abunəçilərə yeni kanalları rus, türk və ingilis dillərində izləmək imkanı da yaradacaq: "KATV1 kabel televiziyası yüksək keyfiyyətli yayımı təmin etmək üçün HD qəbuledicilərə (resiverlərə) və yeni nəsil "Smart Box"lara keçidi reallaşdırır. KATV 1-in internet xidmətinin istifadəçiləri bu "Smart Box"lar vasitəsi ilə şirkətin təqdim etdiyi kanalları 10 günlük arxiv ilə izləyə bilərlər".

Dəyişikliklərlə bağlı olaraq sentyabrın 1-dən təqdim olunan əsas paketin abunə haqqı 10 AZN təşkil edəcək.

Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorların kanallar paketini yeniləməsinə münasibət bildirib. Şuranın aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə keçirilən görüşdə kanallar paketinin yenilənməsi barədə müzakirə aparılıb: "Milli Televiziya və Radio Şurası tərəfindən kabel şəbəkəsi yayımçılarına verilmiş xüsusi razılığın, lisenziyanın şərtlərinə əsasən, kabel şəbəkəsi operatorları yayımladıqları xarici telekanalları Şura ilə razılaşdırmalıdırlar. Retranslyasiya olunan xarici kanalların hamısı Şura ilə razılaşdırılmaqla yayımlanır".

T. Məmmədovun sözlərinə görə, xarici telekanalların müəlliflik hüququnun məsələsi də gündəmdədir: "Kabel operatoru retranslyasiya etdiyi xarici kanalın müəlliflik haqlarına malik olmalıdır ki, retranslyasiya olunan kanal qanuna əsasən yayımlansın. Burada hüquqi cəhətdən problemlər yaranır".

Aparat rəhbəri qeyd edib ki, kabel şəbəkəsi sahəsi hazırda MTRŞ tərəfindən tənzimlənir: "Paketdə 200 kanalın olmasının hər hansı əhəmiyyəti yoxdur. Retranslyasiya olunan 200 xarici telekanal arasında ən baxımlı maksimum 50 kanal var. Sanki operatorlar bir-birləri ilə daha çox kanal yayımlamaqla bağlı yarışa girib. Bu sahə Şura tərəfindən tənzimlənir".

Qeyd edək ki, iyulun 23-də MTRŞ-da Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunub, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

Görüşdə kabel şəbəkəsi yayımçıları tərəfindən bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3049   Tarix: 05 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

08.05.2024 1142
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

08.05.2024 429
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

08.05.2024 26
.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

08.05.2024 136
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 909
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

08.05.2024 465
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

08.05.2024 591