AST Telmanın hərraca çıxarılan oteli ilə bağlı açıqlama
Adı borc qalmaqalında hallanan və hərraca çıxarılan azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı möhtəşəm "Mardan Palace" oteli gələn təklifləri dəyərləndirməyə başlayıb. Bunu azərbaycanlı iş adamının otelinin icracı direktoru Çetin Pehlivan deyib.
İcraçı direktorun sözlərinə görə, otel 2009-cu ildə açılıb. Amma türk turizminin əsası olan "hər şey daxil" konsepti ilə ayaqlaşa bilmədiyini, bunun üçün də sonradan bu konseptə keçid etmək məcburiyyətində qalıb.
Ç.Pehlivan hərracla gündəmə gələn "Mardan Palace" oteli üçün beynəlxalq markalardan satın alma, ortaqlıq və kirayə təklifləri gəldiyini vurğulayıb. "Hazırda şirkətimiz görüşlər keçirir, təklifləri dəyərləndirir. Antalyaya dəyər qatacaq dünyaca məşhur marka zəncirindən də təkliflər var.
Konsept dəyişikliyi işçi sayından tutmuş, xidmət növlərinə qədər ciddi yüklər gətirdi. Keçmiş borclarla bağlı məsələ həll ediləndən sonra yolumuza yenidən "Mardan Palace"olaraq davam edirik".
Onun sözlərinə görə, son zamanlar mətbuatda yayılan otelin müsadirəsi barədə deyilənlər həqiqəti əks etdirmir. O, həmçinin İtaliyanın "Artdecor" firmasına heç bir borcları olmadığını, borcların 2010-cu ildən bağlandığını deyib.
"Açılışımızdan bu günə qədər hər zaman xüsusilə beynəlxalq markalardan müxtəlif təkliflər almışıq. Bu da markamızın dünya turizm şkalasındakı yerini göstərir. Markanı daha da irəli aparacaq modelin hansı olacağına hörmətli İsmayılov özü qərar verəcək. Mardan adı T.İsmayılovun atasına məxsusdur və bu marka keyfiyyətini itirmədən yola davam edəcək".
Pehlivan Türkiyənin tanıdılmasında böyük rol oynayan otelin şirkət sahibi Telman İsmayılovun İstanbul memarlığına olan heyranlığı və Türkiyə sevgisini ölümsüzləşdirmək üçün öz sərmayəsi ilə inşa etdirdiyi böyük layihə olduğunu deyib.
"İsmayılov əcnəbi sərmayədar olmanın bütün çətinliklərini və təzyiqlərini artıqlaması ilə yaşayıb. Amma o yenə də "Mardan Palace"a duyduğu və işçilərinə olan inanc, hörmətini itirməyib".
Otel rəsmisi burada ildə ən azı 3 hind toyunun baş tutduğunu deyib və otelin "Bollywood" (Hindistan kino sənayesi) tərəfindən böyük maraq gördüyünü, yüksək büdcəli hind filmləri, klipləri, reklamalarının çəkildiyini xatırladıb.
Xatırladaq ki, möhtəşəm otelin inşaasında 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə edilib. "Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar.
1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe bar, 1200 nəfərlik bal salonu var. Otelin açılış mərasiminə Paris Hilton, Monika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb.
Otelin adı bundan öncə də borc qalmaqalında hallanıb və hərraca çıxarılacağı xəbərləri yayılıb. Lakin AST Telman 100 milyonluq borcu ödəcəyini bildirirək satışı dayandıra bilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2685 Tarix: 04 avqust 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)
Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"
17.12.2025 382 Bakıdakı məktəbdə şagirdlər zorakılığa məzuz qalıb - VİDEO
Bakının 187 saylı tam orta məktəbinin 6-cı sinif şagirdləri və onların valideynləri ciddi narahatlıq içindədir. xəbər verir ki, buna səbəb isə həmin sinifdə təhsil alan bir şagirdin aqressiv davranışlarıdır. Valideynlər bildirir ki, övladları məktəbə getməkdən çəkinir, çünki həmin şagirdin digər uşaqla
17.12.2025 351 Rusiyanın həqiqətəndə Ukraynadan sonrakı hədəfi Avropadır? - POLİTOLOQDAN AÇIQLAMA
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Avropada təhlükəsizliklə bağlı ən qaranlıq ssenariləri gündəmə gətirib. Yaşlı Avropa liderləri və aparıcı Qərb paytaxtları artıq uzun müddətdir eyni fikri təkrarlayır: Rusiyanın Ukraynadan sonrakı hədəfi Avropadır. Almaniya və Böyük Britaniya rəhbərliyi dəfələrl
10:42 259 ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir
ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın
11:14 142 Vanqanın 2026 kəhanəti: Nələr olacaq?
Məşhur bolqar kahin Vanqanın 2026-cı il üçün ekoloji fəlakətlər, geosiyasi problemlər və texnoloji irəliləyişlər barədə proqnozu yayılıb. məşhur görücüyə aid edilən proqnozu təqdim edir:. Təbii fəlakətlərin əlamətləri. 2026-cı ilə qədər bəşəriyyət qlobal istiləşmə, təbii sərvətlərin tükənməsi və fəlakətl
17.12.2025 562 Çantasının qiyməti müzakirə yaratdı - FOTO
Türkiyəli müğənni Demet Akalın son paylaşımı ilə diqqət çəkib. Bizim.Media xəbər verir ki, o, yeni çantasına ödədiyi məbləğlə gündəmə gəlib. D.Akalın 450.00 TL dəyərində olduğu bildirilən çantasının fotosunu instaqram hesabında paylaşıb. "Bizə şans gətir, balaca yeni körpə" - deyə paylaşımd
17.12.2025 415 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
12:52 154 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
15:19 0 2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar (SİYAHI)
2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:. Samir Şərifov. Prezidenti
11:48 156