AST Telmanın hərraca çıxarılan oteli ilə bağlı açıqlama

AST Telmanın hərraca çıxarılan oteli ilə bağlı açıqlamaAdı borc qalmaqalında hallanan və hərraca çıxarılan azərbaycanlı milyarder Telman İsmayılovun Antaliyadakı möhtəşəm "Mardan Palace" oteli gələn təklifləri dəyərləndirməyə başlayıb. Bunu azərbaycanlı iş adamının otelinin icracı direktoru Çetin Pehlivan deyib.

İcraçı direktorun sözlərinə görə, otel 2009-cu ildə açılıb. Amma türk turizminin əsası olan "hər şey daxil" konsepti ilə ayaqlaşa bilmədiyini, bunun üçün də sonradan bu konseptə keçid etmək məcburiyyətində qalıb.

Ç.Pehlivan hərracla gündəmə gələn "Mardan Palace" oteli üçün beynəlxalq markalardan satın alma, ortaqlıq və kirayə təklifləri gəldiyini vurğulayıb. "Hazırda şirkətimiz görüşlər keçirir, təklifləri dəyərləndirir. Antalyaya dəyər qatacaq dünyaca məşhur marka zəncirindən də təkliflər var.

Konsept dəyişikliyi işçi sayından tutmuş, xidmət növlərinə qədər ciddi yüklər gətirdi. Keçmiş borclarla bağlı məsələ həll ediləndən sonra yolumuza yenidən "Mardan Palace"olaraq davam edirik".

Onun sözlərinə görə, son zamanlar mətbuatda yayılan otelin müsadirəsi barədə deyilənlər həqiqəti əks etdirmir. O, həmçinin İtaliyanın "Artdecor" firmasına heç bir borcları olmadığını, borcların 2010-cu ildən bağlandığını deyib.

"Açılışımızdan bu günə qədər hər zaman xüsusilə beynəlxalq markalardan müxtəlif təkliflər almışıq. Bu da markamızın dünya turizm şkalasındakı yerini göstərir. Markanı daha da irəli aparacaq modelin hansı olacağına hörmətli İsmayılov özü qərar verəcək. Mardan adı T.İsmayılovun atasına məxsusdur və bu marka keyfiyyətini itirmədən yola davam edəcək".

Pehlivan Türkiyənin tanıdılmasında böyük rol oynayan otelin şirkət sahibi Telman İsmayılovun İstanbul memarlığına olan heyranlığı və Türkiyə sevgisini ölümsüzləşdirmək üçün öz sərmayəsi ilə inşa etdirdiyi böyük layihə olduğunu deyib.

"İsmayılov əcnəbi sərmayədar olmanın bütün çətinliklərini və təzyiqlərini artıqlaması ilə yaşayıb. Amma o yenə də "Mardan Palace"a duyduğu və işçilərinə olan inanc, hörmətini itirməyib".

Otel rəsmisi burada ildə ən azı 3 hind toyunun baş tutduğunu deyib və otelin "Bollywood" (Hindistan kino sənayesi) tərəfindən böyük maraq gördüyünü, yüksək büdcəli hind filmləri, klipləri, reklamalarının çəkildiyini xatırladıb.

Xatırladaq ki, möhtəşəm otelin inşaasında 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə edilib. "Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar.

1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe bar, 1200 nəfərlik bal salonu var. Otelin açılış mərasiminə Paris Hilton, Monika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb.

Otelin adı bundan öncə də borc qalmaqalında hallanıb və hərraca çıxarılacağı xəbərləri yayılıb. Lakin AST Telman 100 milyonluq borcu ödəcəyini bildirirək satışı dayandıra bilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2685   Tarix: 04 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Həbsxana qalmaqalı: əməkdaş məhbusla əlaqəsini etiraf etdi

Böyük Britaniyada 27 yaşlı Belmarş Həbsxanasının əməkdaşı məhbusla qanunsuz münasibətdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Bethany Dent-Reynolds məhbus Kieran Robinsonla bir neçə ay davam edən münasibətdə olduğunu etira

11:05 219
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 201
.

"Təcrübə" adı altında pulsuz əmək - gənclərin iqtisadi kabusu

Gənclərin ilk iş təcrübəsi çox vaxt "təcrübə" adı altında pulsuz əmək şəklində baş verir. Rəsmi olaraq bacarıq artırmaq məqsədli göstərilən bu proqramlar praktikada əsl iş yükünü tələb edir, lakin ödəniş nəzərdə tutulmur. Marketinq, media və IT sahələrində rastlanan bu vəziyyət, gənclərin hə

11:56 271
.

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti TAPILDI

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb. BİG.AZ "Teleqraf"a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin cansız bədəni yaxınları tərəfindən tapılıb. Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədə

17.12.2025 459
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 263
.

Ölkəmizdə humanizm ənənələri inkişaf etdirilir

Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birli

10:33 220
.

Ölkə başçısının növbəti humanist addımı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevi

10:31 250
.

Qərb ölkələrində qadın cinayətlərinə görə ömürlük həbs cəzası verilir... Bəs ölkəmizdə niyə cəzalar artırılmır?

Niderland, Belçika kimi Avropa ölkələrində qadın cinayətləri ayrıca keteqoriya olaraq hesab edilir və buna görə ağır cəzalar verilir. İtaliya isə qadını öldürən şəxsi ömürlük həbs cəzasına məhkum edir. Ölkəmiz isə dünyada qadın cinayətlərinə görə ən az həbs cəzası verilən ölkələrdəndir. Bizdə qadın cinayətin

15:03 140
.

DİN şagirdlərə satılan o məhsulu araşdırır - Açıqlama

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:. "Hazırd

17.12.2025 396
.

TOP MP3