Azərbaycanın əməkdar artist Braziliyada festivalda iştirak edib

Azərbaycanın əməkdar artist Braziliyada festivalda iştirak edibTar ifaçısı, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə Braziliyanın San Paulo ştatının Braqanza Paulista şəhərində keçirilmiş "Serrinya" Beynəlxalq İncəsənət Festivalında iştirak edib.

BiG.AZ-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ifaçı festivala Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və braziliyalı musiqiçi Benjamin Taubkinin dəvəti ilə qatılıb.
S.Paşazadə sözügedən tədbirdə Braziliyadan və dünyanın müxtəlif ölkələrindən gəlmiş milli musiqi alətləri ifaçıları ilə 10 günlük yaradıcılıq təcrübə mübadiləsi həyata keçirib və onların birgə ifaları səsyazmaya alınıb.
Həmçinin, Sahib Paşazadə səfər çərçivəsində Braziliyanın San Paulo şəhərindəki "Casa do Nucleo" adlanan mərkəzdə solo konsert proqramı ilə çıxış edib. Konsertin əvvəlində S.Paşazadəni iştirakçılara təqdim edən "Casa do Nucleo" mərkəzinin rəhbəri, B.Taubkin Azərbaycanın zəngin mədəniyyəti, tar musiqi aləti haqqında onlara geniş məlumat verib.
Konsert zamanı ifaçı "Segah", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Cahargah" kimi Azərbaycan muğamlarından parçalar və "Azərbaycan", "Bənövşə", "Naz-Nazı" və digər Azərbaycan milli rəqslərini habelə, braziliyalı bəstəkarı Zeqinya Abreunun "Tiko-Tiko" əsərini Azərbaycan musiqisi ilə sintez edərək ifa edib. Onun ifası auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, "Serrinya" Beynəlxalq İncəsənət Festivalının bədii rəhbəri Benjamin Taubkin 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında iştirak edib. O, Azərbaycan bəstəkarı Eldar Mansurovun "Bayatılar" musiqisini Braziliyada səsləndirib. (AzərTac)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 745   Tarix: 04 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 310
.

Britni Spirsi sevgilisi döyüb?

Müğənni Britni Spirs bu günlərdə sevgilisi tərəfindən döyülmə xəbəri ilə gündəmə gəlib. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl mediada məşhurun ​​Los-Ancelesdəki "Chateau Marmont" otelində keçmiş sevgilisi ilə dava salması və ayağından xəsarət alması barədə məlumatlar yayılmışdı. "TMZ"

04.05.2024 307
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1060
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1089
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

05.05.2024 723
.

"İnsanlara sosial problem yox, boşanma maraqlıdır"

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım. Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib. Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib. O bildiri

04.05.2024 366
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1729
.

Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib

Türkiyəli müğənni Soner Sarıkabadayı yoldaşı ilə evlilik ildönümünü qeyd edib. xəbər verir ki, müğənni sosial şəbəkədə 2015-ci il Kolumbiya gözəli həyat yoldaşı Madelein Iopez ilə toy şəklini paylaşıb. "43-cü ayımız ailəmizə xeyirli olsun, canım yoldaşım" ,- deyə o bildirib

04.05.2024 473
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntüsünü paylaşıb. Xalq artisti mini geyimdə cazibədar görünüşü ilə diqqət çəkib. Görüntülərə xeyli sayda bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik:

05.05.2024 3941