Günvurmadan qorunmaq üçün nə etməli?

Günvurmadan qorunmaq üçün nə etməli?Artıq bir neçə gündür ki, ölkə ərazisində yüksək temperaturlu hava şəraiti hökm sürür.

Bu məqamda Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə istinadən günvurmadan qorunmağın yollarını təqdim edirik:

İstivurma - ətraf mühitin təsiri nəticəsində bədən hərarətinin həddindən artıq qızması və kəskin ağır vəziyyətin yaranmasıdır. İstivurma təhlükəli hal hesab edilir. İstilik nəticəsində orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda maye və duz itirir.

Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir. Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır. İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.

İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar; yaşlı insanlar, uşaqlar, körpələr; günün isti vaxtında açıq havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul olanlar; ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi olanlar; spirtli içki, yuxu dərmanları qəbul edənlər; zəif qidalananlar məruz qalırlar.

Əlamətləri:

- zəiflik, qızarmış sifət;

- baş ağrısı;

- başgicəllənmə;

- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması;

- təngnəfəslik, nəbzin tezləşməsi;

- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması;

İlk yardım

- zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır. Başqa bir üsul isə - zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin bədən hərarəti normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.

- Xəstənin vəziyyəti ağırlaşarsa dərhal "təcili yardım" çağırın!

İstivurma davam etdiyi müddətdə vəziyyət getdikcə daha da ağırlaşır, xəsarət alanda sayıqlama, sonra isə özündən getmə, sifət rənginin solması, dərinin quru və isti olması, tərləmənin dayanması, tənəffüs və ürək döyüntüsünün tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə, bu, ölümlə nəticələnə bilər.

Günvurma - günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Günvurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur.

Əlamətləri:

- zəiflik, qızarmış sifət;

- başgicəllənmə;

- güclü baş ağrıları;

- qulaqlarda küy;

- təngnəfəslik, nəbzin tezləşməsi;

- ürək bulanması və qusma;

- ağır hallarda bədən hərarətinin 40OC və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsi.

Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.

İlk yardım istivurmada olduğu kimidir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal "təcli yardım" çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın. qafqazinfo.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1564   Tarix: 01 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549