32 yaşılı Azərbaycanlı nənə: "Evdə idim, məndən xəbər almamış "hə"mi verdilər"

Bir azdan öyrənəcəyik ki, kəndin tozlu, kələ-kötür yollarında ara-sıra gözə dəyən, yanıyla apardığı uşağı geridə qalanda çevrilib ona çəmkirən, ayağındakı uzunboğaz kişi çəkmələri mane olsa da, gölməçələrin üstündən məharətlə hoppanan, bənizi də, geyimi də solğun qadınları birləşdirən yalnız onlar haqqında ilk baxışda yaranan təəssürat-yoxsulluq deyil...

Bu qadınların çoxu zorakılıq qurbanıdır- onları məktəbdən zorla çıxarıblar, bir çoxunu isə zorla ərə veriblər.

Gürcüstanın azərbaycanlılar yaşayan Bolnisi rayonun Kəpənəkçi kəndindən son 15 ildə ilk dəfə 2015-ci ildə yeganə qız şagird Tbilisidə ali məktəbə qəbul olunub.

Kənd məktəbinin yarımqaranlıq sinif otağı. 10-a yaxın oğlan şagirdi arxa cərgələrdə, iki qız şagird öndə əyləşib. Dərsin bitməsini gözləyib, söhbətə başlayırıq.

Məlum olur ki, bu kənddə qızlar 9-cu sinifdən sonra məktəbə gəlirlərsə, onlara pis baxırlar ki, ərə getməyib. 11-ci sinfə çatanda sinifdə, əsasən, oğlanlar qalır.

Şagirdlərdən biri Günel Veysəlova danışır: "Bizim kənddə qızların oxumağına münasibət çox pisdir. Mənim ailəm fərqlidir sadəcə, ona görə məni buraxdılar".

Günellə məktəbin həyətində söhbət edirik. Məktəb başımıza yığışıb. Qızlardan biri özü yaxınlaşıb danışmaq istədiyini deyir.

Bu ürəkli qızın - Ləman Zərgərovanın 14 yaşı var:

- 9-cu sinifdə oxuyuram. Mənə evdə deyiblər ki, gələn ildən məktəbə getməyəcəksən. Amma mən oxumaq istəyirəm.

- Nə deyiblər ki, sənə?

- Özləri deyiblər ki, qoymayacağıq. Bu il zorla gəlmişəm. Müəllimlərin zoru ilə.

- Dərsə qoymayıb nə edəcəklər? Sənlə bağlı planları nədir?

- Bilmirəm.

Məktəbin oğlanlarına sarı dönürük. Onlar qızların yuxarı sinifdə də öz aralarında görmək istəyirlər: "Qızların oxumağı daha vacibdir". Gənclərin ümumi fikri budur...

Məktəbin direktoru Süleyman Zərgərov da şagirdlərin dediyini təsdiqləyir:

"9-cu sinifdən sonra ya qızlar özləri istəmirlər oxumaq, ya da ailələrin təsiri altında məktəbdən çıxıb ərə gedirlər. 12-ci sinfimizdə, ümumiyyətlə, qız yoxdur".

... Bu kəndin qadınları məktəbli qızlar kimi ürəkli deyillər, onlar danışmırlar. Döydüyümüz darvazaları üzrxahlıq edib üzümüzə bağladılar. Onları evdə danlayarlar jurnalistlə söhbət etdikləri üçün.

Bu kəndin kişilərindən bu sualı soruşanda incidilər: "Bizim kənddə zorakılıq yoxdur, ümumimiyyətlə, belə problem yoxdur".

2-ci epizod
32 yaşında nənə

Rəna Musayeva qucağına nəvəsini saçlarına dən düşməmiş alıb - 32 yaşında. İndi özünün 34, nəvəsinin iki yaşı var. Tbilisidə yaşayır. 13 yaşı olanda atası onu özündən beş yaş böyük əmisi oğluna ərə verib.

"Evdə idim, məndən xəbər almamış "hə"mi verdilər. Gəldim dedim məni məndən xəbərsiz niyə vermisiz? Dedilər sənin nəyindən xəbər alacağıq. Mən də kirimişcə durdum".

Rəna deyir ki, həyatından narazılığı olmayıb, iki uşaq böyüdüb, onların sevincini yaşayıb, amma Gürcüstanda yaşayan azərbaycanlı qızların onun kimi çox erkən ərə getməsindən narahatdır, öz təcrübəsini məsləhət görmür. Deyir ki, peşəsi yoxdur, məcbur olub dayə işləyir.

32 yaşılı Azərbaycanlı nənə: "Evdə idim, məndən xəbər almamış "hə"mi verdilər""Ailələr səhv edib qızları erkən ərə verirlər. Səhv edirlər. Ərə getmək həmişə mümkün olacaq. Kaş ki, mən təhsil almış olaydım, peşəm olardı.. normal işim olardı..".

Gürcüstanın Kvema-Kartli bölgəsində 200 mindən çox azərbaycanlı yaşayır.

Gürcüstanda yaşayan azərbaycanlı fəal Aydan Yusuf AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu problem azərbaycanlılar yaşayan əksər kəndlər üçün aktualdır:

"Biz kəndlərdə monitorinq aparmışdıq. Bir çox hallarda valideynlər qızlarının yaxşı ər tapa bilməyəcəyindən ehtiyat edib, qızları məktəb yaşında ərə verirlər".

Qardabaninin Candar Kənd orta məktəbinin direktoru Elnarə Məmmədova deyir ki, onların da məktəbində yuxarı sinif şagirdlərinin üçdə iki hissəsi oğlanlardır. Qızları 9-cu sinifdən sonra ərə verirlər:

"Heç bir el qınağı bunlara təsir etmir. Bunun yeganə çıxış yolu inzibati yolla, hüquqi yolla tənzimləməkdir".

32 yaşılı Azərbaycanlı nənə: "Evdə idim, məndən xəbər almamış "hə"mi verdilər"AzadlıqRadiosu mövzu ilə bağlı Gürcüstanın Təhsil Nazirliyinə aprelin 14-də müraciət etsə də, hələ ki, cavab ala bilməyib.

Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova deyir ki, valideynlər qızlarını erkən ərə vermələrini üç səbəblə əsaslandırırlar: din, adət-ənənə, kasıblıq.

Leyla Süleymanova deyir ki, Gürcüstan qanunları qızlar üçün 18 yaşından aşağı nikahı qadağan etsə də, hüquq-mühafizə orqanları erkən nikah zamanı qızları o vaxt qoruyur, o vaxt cinayət işi açılır ki, hökumətə siqnal getsin: "Valideynlər qız zorla qaçırılanda hökumətə xəbər edirlər. Əks halda, hüquq-mühafizə orqanlarının bu işdən xəbəri olmur".

Leyla Süleymanovanın sözlərinə görə, yeni qanunlara görə, qadın 18 yaşı tamam olmamış ana olarsa, buna görə 10 min dollara yaxın cərimə ödəməlidir. Bu isə ailələr arasında münaqişə yaradır: "Cəriməni qız evi ödəməlidir, ya oğlan evi məsələsi qalxır".

Leyla Süleymanova ümid edir ki, yeni qanunlar vəziyyəti müsbətə doğru dəyişəcək..

milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11654   Tarix: 18 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sevgilisini evdə abort etdirdi

Rusiyanın Sankt-Peterburq şəhərində 25 yaşlı Özbəkistan vətəndaşı sevgilisinin təkidi ilə kortəbii abort etdirib. yerli mediaya istinadla bildirir ki, qadın hamilə olduğunu 2023-cü ilin oktyabrında bilib. Amma Əli adlı sevgilisi bu xəbərə mənfi reaksiya verib. Uşağın dünyaya gəlməsinin qarşısını alma

27.04.2024 861
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 615
.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 400
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 526
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 930
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 298
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 803
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 343
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 564