Sumqayıt sakini avtomobildən təyyarə düzəldib

Sumqayıt sakini avtomobildən təyyarə düzəldibHeç uçan maşın görmüsünüz? Görməyənlərin diqqətinə çatdırırıq ki, Sumqayıt şəhər sakini Şahlar Şükürov uçan maşın ixtira edib. Onun sözlərinə görə, ixtirası bir çox dünya ölkələrini heyran qoyacaq.

Bəlkə də bu çoxlarına qəribə gəlir, amma avtomobilin başındakı pərlər onun havaya qalxmasına yardım edə bilər. Bu ixtiranın ərsəyə gəlməsinə düz 5 ilini sərf edən Şahlar Şükürov aidiyyatı qurumlardan icazə alaraq yeni texnikasını bir dəfə göyə də qaldırıb. Uzun illər polis mayoru işləyən Şahlar Şükürov bu icadını təqaüdə çıxandan sonra edib. Torpaqlarımızın hələ də düşmən tapdağında olması onun hərbi sənayemiz üçün nəsə etmək arzusunu artırdığından Şahlar Şükürov səmada səssiz hərəkət edən bu vasitəni hazırlamağa nail olub. Texnikadan həm fövqəladə hallarda, həm də tibb sahəsində yararlanmaq olar.

İxtirasının dünyada analoqu olmadığına israr edən Şahlar Şükürovun bunu əsaslandırmağa kifayət qədər dəlil-sübutu da var: "Dünyada hava nəqliyyat sistemlərinin heç birində havada dayanıb, geriyə dönmə mexanizmi yoxdur. Yalnız bu maşında belə şey var. Bu istənilən bir küçədə, döngədə yerə enə bilər".

Maraqlı məqam odur ki, bu avtomobilə səmaya qalxmaq üçün təyyarə kimi böyük yol qət edib sürət yığmaq gərək etmir. Olduğu yerdən çox asan işə düşüb, göyə qalxır və istədiyi yerdə, yəni böyük ərazi tələb olunmadan da yerə enə bilir. Yanacağı da digər hava nəqliyyat vasitələrindən az sərf edir. İstehsalı da təyyarə, vertolyot qədər vəsait tələb etmir, az pul ilə hava nəqliyyatı əldə etmiş olursan.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5219   Tarix: 24 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 313
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 272
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

03.05.2024 251
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 131
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 147
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 553
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1241
.

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb. OLAY yazır ki, o, çalışdığı "Space" kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb. "Qismətdə "Space Xəbər"in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbə

03.05.2024 70
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 238