Prezidentlərin görüş yeri bəlli oldu

Prezidentlərin görüş yeri bəlli olduAzərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir.

BiG.AZ-ın məlumatına görə, görüşün BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir və bununlada bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.

Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar.

Həmsədrlərin regiona səfəri barədə iki gün əvvəl ABŞ-ın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda təşkil olunan tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da açıqlama verib.

İndi regiona ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri gündəmdədir və Azərbaycan Ermənistan prezidentlərinin görüşünün təşkili haqqında məsələ müzakirə ediləcək.

Prezidentlər görüşdə Qarabağ münaqişəsinin nizama salmasının irəliləyişi üçün yeni yolların tapılmasını müzakirə etmək imkanına malik olacaqlar.

İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

Görüş iştirakçıları sülh danışıqlarında irəliləyişin təsbit edilməsi üçün etibarın möhkəmləndirilməsi üçün tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri çərçivəsində dialoqun davam etdirilməsinin əhəmiyyətini, həmçinin dialoqdan başqa alternativ yolun olmadığını vurğulayıblar.

Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Paris görüşündə tərəflər bu ilin sentyabrında Nyu-Yorkda BMT-ın Baş Assambleyasının növbəti iclası çərçivəsində dialoqun davam etdirilməsinə razılaşıblar.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye prezidentlərin görüşü, Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi ilə bağlı məsələyə münasibətində deyib ki, tərəflər olduğu yerdə qaldıqda və addım atmadıqda proses dayanır. Hər iki tərəfin müəyyən addımlar atması, təkliflər verməsi vacibdir. Azərbaycan və Ermənistan tərəfinə bunun hamı üçün vacib və maraqlı məqam olması çatdırılmalıdır.

Səfirin sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərir. Şəxsən Fransa Prezidenti bu prosesə cəlb olunub və o, bu problemin həll olunmasında maraqlıdır.

Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı tərəflər yenidən görüşmək istəklərini təsdiqləyiblər və ATƏT-in Minsk qrupu qarşıdakı görüşün gündəliyi üzərində işləyir: "Biz görüşün gündəliyi üzərində işləyirik. Bu və ya gələn ay regiona səfər etməyə və təfərrüatları müzakirə etməyə hazırlaşırıq".

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb ki, Minsk qrupunun bütün iştirakçı ölkələri sülh danışıqları prosesini dəstəkləyir.

Xatırladaq ki, Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin ötən il üçüncü görüşü oldu. Bunadək iki ölkə başçısının görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar.

Dövlət katibi C.Kerri münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını söyləyib, tərəfləri gərginliyin azaldılması və etibarın yaradılması üçün mexanizmləri tapmağa çağırıb.

Ondan əvvəl isə, İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir sözlə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü və bu görüşün nəticələri böyük maraq doğurur. 25 ildən çoxdur davam edən Qarabağ münaqişəsinin ədalətli həlli bölgədə siyasi gərginliyin azaldılmasına, ölkələrin ərazi bütövlüyü prinsipinin qorunmasına və regional əməkdaşlığın inkişafına və genişlənməsinə yol açacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3168   Tarix: 04 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1263
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 182
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

05.05.2024 168
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

05.05.2024 257
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 151
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 226
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 207
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

05.05.2024 178
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

05.05.2024 149