"Formula 1"in hazırlığı başladı - FOTO

"Formula 1"in hazırlığı başladı - FOTO2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışları keçiriləcək

BiG.AZ-ın məlumatına görə, artıq yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir.

Yarış üçün trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.

Yarışları keçirəcək "Baku Grand Prix" şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.

Uzunluğu 6 km olan trasda bir neçə ciddi hündürlük dəyişməsi, yoxuş və enişlər olacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1" yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib. O, Bakıda yarışlar gecə keçirilə biləcəyini də istisna etməyib. 2016-cı il Qran Prisi zamanı ümumilikdə Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir.

Yarışların neçəyə başa gəlməsi isə kommersiya sirri olsa da, nazir debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcəyini deyib.

Formula-1, yaxud F1 bir nəfərlik, açıq təkərli avtomobil yarışları üzrə dünya çempionatıdır. Rəsmi adı ingiliscə FIA Formula One World Championship sözlərindən götürülüb.1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. Rəsmi qəbul edilməsə də, bir çox hallarda Formula-1 sürücüləri pilot, avtomobillər isə bolid adlandırılırlar.

Hər il keçirilən Formula-1 yarışları mövsüm adlanır və ayrıca mərhələlərdən, qran-prilərdən ibarət olur. Qran-pri sözü fransızca "Grands Prix", yəni böyük mükafat sözündən götürülür. İlin sonunda həm pilotlar, həm də komandalar arasında qaliblər müəyyən edilir. Pilotlar dünya çempionu adı, komandalar isə Konstruktorlar kuboku uğrunda yarışırlar.

"Formula 1"in hazırlığı başladı - FOTO"Formula 1"in hazırlığı başladı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3689   Tarix: 02 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593