ANSPRESS xəbər portalının baş redaktoru işdən çıxarıldı

ANSPRESS xəbər portalının baş redaktoru işdən çıxarıldıANS Şirkətlər Qrupuna məxsus olan ANSPRESS xəbər portalının baş redaktoru Azad Əliyev işdən çıxarılıb

BiG.AZ xəbər verir ki, bu haqda məlumatı Azad Əliyev özü verib.
"Bu gün 6 il çalışdığım ANS PRESS-dən ayrıldım. Acılı-şirinli çox xatirələrim qaldı", - deyə baş redaktor bildirib.

ANS Televiziyasından adının çəkilməsini istəməyən mənbə baş redaktorun işdən çıxarılmasını təsdiq edib və onun yerinə Televiziyadan Nəzrin adlı jurnalistin təyin edildiyini deyib.

Onun sözlərinə görə, yaxın günlərdə ANSPRESS-dən daha bir neçə redaktorun və müxbirin də işdən çıxarılacağı gözlənilir.

Buna səbəb kimi isə televiziya rəhbəri Vahid Mustafayevin ANSPRESS-in işindən narazılığı göstərilir.

Mənbə xəbər portalına rəhbərlik edən ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovun da Vahid Mustafayevin narazılığına etiraz əlaməti olaraq işə gəlmədiyini deyir. Hətta, bir çoxları artıq onun işdən çıxmaq haqda ərizə yazdığını da bildirir.

Mais Məmmədov isə aznews.az-a açıqlamasında bu faktı inkar edərək vurğulayıb ki, o, ANS Televiziyasından heç vaxt ayrılmayacaq: "Bunların hamısı şayiədir və heç bir əsası yoxdur".

Ancaq mənbə bunun tam əksini deyir. Onun iddiasına görə artıq bir həftəyə yaxındır ki, Mais Məmmədov işə gəlmir və kurasiya etdiyi ANSPRESS-in iclaslarını aparmır.

Mənbə əlavə edib ki, Mais Məmmədovun təklifilə yaradılan ANSPRESS-in rus versiyasının da bağlanacağı gözlənilir. O halda isə orada çalışan 4 nəfər də öz işini itirəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1515   Tarix: 02 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 4786
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1067
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 712
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 656
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 724
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1100
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 667
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 378
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 588