Heç bir qüvvə bizi qorxuda bilməz - Mehriban Əliyeva

Heç bir qüvvə bizi qorxuda bilməz - Mehriban ƏliyevaPrezident İlham Əliyev "Heydər Əliyev" ordenini birinci xanıma təqdim edib.

Birinci Avropa Oyunlarında qalib gəlmiş azərbaycanlı idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

Prezident İlham Əliyev, xanımı, "Bakı 2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib:

"Bütün işlər ən yüksək səviyyədə görülmüşdü. Oyunların keçirilməsində heç bir problem yaşanmayıb. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, Oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu. Bu, tarixi qələbədir. Azərbaycan idmanının və dövlətinin qələbəsidir. Əziz idmançılar mən sizi öpürəm, bağrıma basıram, sağ olun".

Sonra mükafatlandırma mərasimi olub. Yarışlarda nəticələr əldə etmiş idmançıların, yarşıların təşkilində əməyi olan şəxslər mükafatlandırılıblar.

"Bakı 2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın "Heydər Əliyev" ordenilə təltif edilməsi barədə Azərbaycan Respublikasını Prezidentinin Sərəncamı oxunub.

Dövlət başçısı "Heydər Əliyev" ordenini Mehriban Əliyevaya təqdim edib.

Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva deyib ki, siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib, qorxuda bilməz, ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq.

Daha sonra birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2557   Tarix: 29 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 423
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 487
.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 338
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 247
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 298
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 515
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 393
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 401
.

İnsanlar ilk dəfə marallar arasında yayılan "zombi" xəstəliyinin qurbanı oldular

Amerikalı həkimlər ilk dəfə maralları "zombi"yə çevirən xroniki prion xəstəliyinin (CWD) qurbanı olduğu güman edilən iki nəfəri müəyyən ediblər. Onlar öz fərziyyələrini "Neurology" elmi jurnalında açıqlayıblar. Hər iki hal 2022-ci ildə qeydə alınıb. Qurbanlardan biri dəfələrlə CWD-ni

20.04.2024 305