Maykl Cekson haqqında bilmədikləriniz-VİDEO

Maykl Cekson haqqında bilmədikləriniz-VİDEOBu gün əfsanəvi müğənni Maykl Ceksonun vəfatından 6 il keçir.

Pop Kralı kimi məşhurluq qazanmış Maykl Cekson 29 avqust 1958 - ci ildə ABŞ-ın İndiana ştatında anadan olub. Uşaq yaşlarından "Jackson 5" qrupunun üzvü kimi tanınan, daha sonra solo artist kimi şöhrət qazanan pop ulduzu 13 Qremmi mükafatına və yüzlərlə digər mükafatlara sahib olub.
1980-ci illərdən Maykl Ceksonun xarici görnüşü dəyişməyə başlayır. Onun dərisi get-getə parlaqlaşır. Mayklın dediyinə görə belə ağarmanın səbəbi nadir genetik xəstəlik olan Vitiliqo xəstəliyi olur. Onun çoxsaylı fotolarında ağ rəngli ləkələrin olması bunu sübut edir. Bu dəyişiklik qrimin köməyi ilə gizlədilir. Cekson onun ağ dərili adama çevrilmək üçün etdiyi bütün cəhdlər haqqındakı şayiələri qəti inkar edir. Xəstəlik müğənnini daim günəşdən çətirin, maskaların və tünd çoxqatlı geyimlərin köməyi ilə qorunmağa məcbur edir.

Maykl Cekson 2 dəfə evli olub. 1994 -1996-cı illərdə Liza Mari Presli ilə evli olan məşhur, boşandıqdan sonra keçmiş tibb bacısı olan Debbi Rou ilə evlənir. Bu evlilikdən 1997-ci ildə oğlu Prins Maykl Cekson və 1998-ci ildə Peris Maykl Ketrin Cekson dünyaya gəlir. 1999-cu ildə Debbi Roudan boşanan Ceksonun 2002 -ci ilə suroqqat anadan 2-ci oğlu dünyaya gəlir. Maykl övladlarını həmişə mətbuatdan gizlətməyə çalışıb. Uşaqlar ataları ilə ictimaiyyət arasında görünərkən həmişə maska geyinirdilər.

Dünya şöhrətli müğənni 2009-cu il iyunun 25-də 50 yaşında vəfat edib. Onun müəmmalı ölümü bütün dünyanı sarsıdır. Yaradılmış istintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirir.
Dünya musiqi aləminin kralı olan Michael Jackson Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3362   Tarix: 25 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

TOP MP3