UEFA Avropa Liqasının qalibi Porto oldu
Mayın 18-də Avropa Liqasında 2010-2011-ci il mövsümünün final matçı keçiriləcək. Lent.az-ın məlumatına görə, İrlandiya paytaxtındakı "Dublin Arena"da Portuqaliyanın iki klubu – "Portu" və "Braqa" üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:45-də başlanacaq oyunu ispaniyalı referi Karlos Velasko Karbalyo idarə edəcək. Avropa kuboklarının finalında Portuqaliya təmsilçiləri ilk dəfə qarşılaşacaqlar. "Portu" artıq ölkə çempionluğunu təmin edib. "Braqa" isə ötən mövsümün gümüş mükafatçısıdır. Avroliqanın yarımfinal mərhələsinin cavab görüşündə İspaniya "Vilyarreal"ına 2:3 hesabı ilə uduzan "Portu"nun qitəmiqyaslı yarışlarda 5 oyunluq qələbə seriyasına son qoyulub. "Əjdahalar"ın bu mövsüm 16 matçda statistikası belədir: 13 qələbə, 1 məğlubiyyət, 2 heç-heçə. Top fərqi isə 43:16-dır.
"Braqa" isə mübarizəyə Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb. Portuqaliya vitse-çempionu Şotlandiyanın "Seltik" və İspaniyanın "Sevilya" klublarını mübarizədən kənarlaşdıraraq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi Dominquş Pasyensiyanın komandası Avropa arenasında 18 matçda 9 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət alıb. Top fərqi 20:20-dir. Çempionlar Liqasında qrup mərhələsini 3-cü pillədə başa vuran "Braqa"nın Avropa Liqasındakı 8 görüşdə göstəriciləri 3 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət, top fərqi isə 6:4 olub. Pasyensiya vaxtilə futbolçu kimi "Portu"nun şərəfini qoruyub. Bu baxımdan, "Braqa" qalib gəlsə, o, keçmiş klubunu Avroliqanın (UEFA Kubokunun) finalında üstələmiş ilk baş məşqçi olacaq.
"Portu" və "Braqa" Portuqaliya miqyasında 131 dəfə üz-üzə gəlib. "Portu" 92, "Braqa" 17 qələbə qazanıb, 22 görüş heç-heçə bitib. Bu komandalar Portuqaliya Kubokunun finalında 2 dəfə qarşılaşıblar. Hər iki halda "Portu" qalib gəlib. "Braqa" indiyədək heç vaxt Avrokubokların finalına yüksələ bilməyib. Komandanın ən yaxşı nəticəsi 2006-2007 və 2008-2009-cu il mövsümlərində 1/8 finala vəsiqə qazanması olub. "Portu" isə 1986-1987 və 2003-2004-cü il mövsümlərində Çempionlar Liqasının (Kubokunun), 2002-2003-cü il mövsümündə UEFA Kubokunun qalibi olub.
18 may
Avropa Liqasının final görüşü
23:45. "Porto" (Portuqaliya) - "Braqa" (Portuqaliya) - 1:0
Qol: Radamel Falkao, 44 (1:0)





BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 3097 Tarix: 19 may 2011
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyları Madeyra adasında olacaq
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcinа Rodrigezin toyu Portuqaliyanın Madeyra adasında baş tutacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Jornal da Madeira" nəşri yazıb. Məlumata görə, toy mərasimi Ronaldonun doğulduğu Funşal şəhərinin kilsəsində keçiriləcək
25.11.2025 748 "Qarabağ" - "Ayaks" oyununun hakimləri açıqlandı
Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa haim təyinatları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona ya
08.12.2025 613 "Karvan-Yevlax" "Qarabağ"a qarşı oyuna baş məşqçisiz çıxacaq
Bu gün Misli Premyer Liqasının XVII turunda "Qarabağ"la qarşılaşacaq "Karvan-Yevlax" klubu meydana baş məşqçisiz çıxacaq. Bu barədə -a klubun Mətbuat Xidmətindən açıqlama verilib. Bildirilib ki, klubu meydana baş məşqçini əvəz edən Füzuli Məmmədov çıxaracaq. Klubun rəsmi baş məşqçis
29.11.2025 426 Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti, aylıq maaşı,ailəsi...
Son günlər ən çox müzakirə olunan mövzulardan biri də futbolçu Nəriman Axundzadədir. İdmançı "Qarabağ"ın "Ayaks"la sonuncu oyununda uğursuz çıxışından sonra tənqid atəşinə tutulub. Sosial şəbəkələrdə bir çoxları açıq şəkildə futbolçunu oynaya bilməməkdə ittiham edirlər. Bəs,bu qədə
13.12.2025 1128 "Böyük Dəbilqə": Hidayət Heydərov və Rəşid Məmmədəliyev yarışı mükafatsız başa vurub
Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci gününü də mükafatsız başa vurublar. "Report" xəbər verir ki, milli üzvlərindən Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovla Rəşid Məmmədəliyev (hər ikisi 7
29.11.2025 390 Qurban Qurbanov bu futbolçuları "Ayaks"a qarşı oynada bilməyəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın Niderland təmsilçisinə qarşı neçə itki ilə mübarizə aparacağı dəqiqləşib. -a klubdan verilən məlumata görə, 3 futbolçu "köhlənlər" kömək edə bilməyəcək. Turnirin 4-cü turunda, "Çelsi"
08.12.2025 751 "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Qaynarinfo-nun məlumatına görə, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyal
10.12.2025 577 "Mançester Siti" 115 milyon avro qiyməti olan futbolçunu transfer etmək istəyir
İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir. "Report" "Football Insider"ə istinadən xəbər verir ki, Nottingem klubu futbolçusuna 115 milyon avro qiymət müəyyənləşdirib
06.12.2025 521 Robert Levandovskinin "Osasuna" ilə matçda meydana çıxmamasının səbəbi müəyyənləşib
İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin La Liqanın XVI turunda "Osasuna" ilə (2:0) oyunda meydana çıxmamasının səbəbi müəyyənləşib. "Report" "Catalunya Radio"ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu budunun arxasındakı problemlə
14.12.2025 419