Oyun öncəsi velosipedçilərimizin son sınağı - FOTO

Oyun öncəsi velosipedçilərimizin son sınağı - FOTOBakı-2015 ilk Avropa Oyunlarının şosse velosipedi növündə mübarizə aparacaq 3 velosipedçimiz Elçin Əsədov, Maksim Averin və Samir Cəbrayılov məsul yarış öncəsi son turnirdə iştirak edir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, idmançılarımız "Synergy Baku"nun heyətində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Slovakia" yarışında çıxış edirlər.

Yarışın 181 km-lik ilk mərhələsi komandamız üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, Maksim Averin finişi mərhələ qalibi ilə eyni vaxtda - 3 saat, 57 dəqiqə, 52 saniyəyə keçib və fotofinişə əsasən 2-ci yeri tutub. Bu nəticə həm də Maksimə Rio-2016 Yay Olimpiya Oyunlarına 5 lisenziya xalı qazandırıb. Bununla da velosipedçimiz reytinq xallarının sayını 131-ə çatdırıb.

Qeyd edək ki, Slovakiya turunda "Synergy Baku"nun heyətində çıxış edən digər üç velosipedçidən ikisi Matey Müqerli və Yannis Tamuridis də müvafiq olaraq Sloveniya və Yunanıstan milli komandalarının heyətində Avropa Oyunlarında yarışacaqlar. Onların 1-ci mərhələdəki nəticələrinə gəlincə, Müqerli 4-cü, Tamuridis isə 11-ci olub.

İlk mərhələdə uğurlu çıxış "Synergy Baku"nun komanda hesabında 23 kollektiv arasında birinci yerə yüksəlməsi ilə nəticələnib. Bu gün keçiriləcək 2-ci mərhələdə velosipedçilər 158.6 km məsafə qət edəcəklər. 5 mərhələdən ibarət yarışa iyunun 14-də yekun vurulacaq.

Oyun öncəsi velosipedçilərimizin son sınağı - FOTOOyun öncəsi velosipedçilərimizin son sınağı - FOTOOyun öncəsi velosipedçilərimizin son sınağı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1416   Tarix: 11 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641