Bu sular təhlükəlidir

Bu sular təhlükəlidirYayın vazkeçilməz sərinləşdiricisi suların tərkibi sizi dəhşətə gətirəcək

Artıq ticarət obyektlərində müxtəlif çeşiddə sərinləşdirici içkilər satışa çıxarılıb. Suların müxtəlif çeşiddə olması istehlakçılara rahat seçim imkanı verir. Lakin seçim zamanı diqqətli olmaq lazımdır. Onların saxlanma müddəti, qablaşdırılması, tərkibi gözdən keçirilməlidir. Təəssüflə qeyd etməliyik ki, mağazalarda çeşid bolluğu olsa da, məhsulların əksəri aşağı keyfiyyət göstəricilərinə malikdir.

Bəs hansı sular keyfiyyətlidir? Bununla bağlı suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov cavablandırdı.

Suyu "Allahın möcüzəsi" adlandıran E.Hüseynov istehlakçıları diqqətli olmağa çağırdı: "Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir. Onlardan tez-tez zənglər gəlir. Marketdə 1 lt-ri 30 qəpik və ya 1 lt 8 AZN olan sular var. Zəng edənlər bu suların bir-birindən nə ilə fərqləndiyini soruşur. Diqqət etsək, hər ikisi qazlaşdırılmayan sulardır. Onlar plastik və ya şüşə qablarda satışa çıxarılır. Qiymətlərdəki kəskin fərqlilik suların keyfiyyətindəki problemlərdən xəbər verir. İstehlakçı isə suların hansının keyfiyyətli olmasını ayırd edə bilmir".
E. Hüseynov bildirir ki, AİB məsələni araşdırmaq üçün xüsusi bir portativ cihaz əldə edərək keyfiyyətsiz suları üzə çıxarıb. Hətta ucuz olduğu üçün alıb içdiyimiz suların tərkibi sizi də dəhşətə gətirəcək: "Həmin cihazla biz qablaşdırılmış suların vəziyyətini analiz etdik. Cihazın göstəricisinə görə, 1 lt suda duzların miqdarı 50 mkq olarsa, bu su əla keyfiyyətli hesab olunur. Göstərici 50-100 arasında olduqda bu yaxşı su, 100-250 olarsa, normal, 250-300 mkq isə pis su hesab olunur. Sularda duzların miqdarı 450 mkq-dan yuxarı olduqda su texniki su hesab olunur. Və onu içmək olmaz. Biz bu göstəricilərə əsasən "Bonaqua", "Badamlı", "Sirab", Türkiyə istehsalı olan "Sırma", "Aquavita", "Damla", "Slavyanka", avtomobillərə tökülən distillə edilmiş suyu və kran suyunu müayinə etdik. Məlum oldu ki, "Bonaqua"da duzların miqdarı 210, "Badamlı"da 205, "Sirab"da 134, "Sırma"da 83-dür. Distillə olunmuş sularda, əslində heç bir duz olmamalıdır. Bu suyu avtomobildə akkumulyatora tökürlər. Buna baxmayaraq, analiz zamanı bu sularda duzların miqdarının 358 mkq olduğu bilindi. Yəni, bu sular kran suyu lə eyni səviyyəyə malikdir. "Aquavita"da duz miqdarı 368 , "Damla"da isə 393, "Slavyanka"larda 326, kran suyunda 329 mkq-dır. İri qablarda qablaşdırılmış "Slavyanka"larda isə duz miqdarı 345 mkq-dır. Bu, onu göstərir ki, istehlakçı mağazadan yalnız "Sırma"nı alıb içə bilər. Bir də pis hesab edilməyən "Sirab"ı. Qalan sular duzla zəngindir və təmizlənmir. Sadəcə krandan qablara doldurularaq əhaliyə satılır".
Sərinləşdiricı içkilər sırasında limonadlar, meyvə suları və duşeslərin də adını çəkmək olar. Ancaq Eyyub müəllim onların da orqanizm üçün təhlükəli olduğunu bildirdi: "Rəngləndirilmiş sərinləşdirici içkilərdə də problemlər var. Firmaların çoxu süni rənglərdən istifadə edir. Əhali qazlaşdırılmış və rənglənmiş sulardan mümkün qədər uzaq olsun."
Gördüyünüz kimi, alıcılar sadalanan faktları nəzərə alaraq mağazalardan öz seçimini edə bilər./afn.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2423   Tarix: 30 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 218
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

"Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:. "Yoxsa, bu cərimələr həmin insanları

02.05.2024 517
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 135
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 145
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423