Mehriban Xanlarova Kərimi məhkəməyə verdi

Mehriban Xanlarova Kərimi məhkəməyə verdiƏməkdar artist Mehriban Xanlarova ifaçı Kərim Abbasovu məhkəməyə verib

Bu barədə tanınmış aktrisa özü ATV.az-a məlumat verib: "Kərimi məhkəməyə vermişəm, sənədlər hazırlanır, bu işlə vəkilim məşğul olur. Hər bir insan aqressiv ola bilər. Mən emosional insanam, özümü, elə olur ki, əsəbiləşəndə ələ ala bilmirəm. Çünki kamera önündə də, arxasında da mən eyni Mehribanam. Kim mənim haqqımı qoyub, nahaqqımı danışırsa, onunla Allah bilsin. Qaldı, Kərim Abbasova, o məni təhqir etdi. Görəsən, mən hansı pis hərəkətimlə onun anasına, bacısına, ailəsinə, ümumilikdə bütün dağlılara xələl gətirmişəm ki? Nə ləkəverici hərəkət etmişəm? Yaşda da ondan böyüyəm, sənətim də göz önündə. Üzqızardıcı hansı hərəkətimi görüb axı? Xanlarova soyadına ləkə gətirəcək heç bir hərəkət etməmişəm. Allahım şahidimdi. Mən birinci atamın soyadını daşıyıram. İkinci isə bütün Azərbaycanın, dünyanın Zeynəbi olan Zeynəb Xanlarovanın.... Mən Zeynəb xanımla həmişə demişəm ki, fəxr edirəm, indi də deyirəm. Məni məcbur etdi ki, onu məhkəməyə verim".

Əməkdar artist M. Xanlarova ifaçı Səidə Sultandan da danışıb. Səidənin Xanlarova haqqında səsləndirdiyi mənfi fikirləri bağışladığını və xanım olduğu üçün Səidəyə güzəştə getdiyini deyən aktrisa bu məsələyə də ATV.az vasitəsilə aydınlıq gətirib: "Səidə xanımdı. Allah görür, mənim ona qarşı ürəyimdə heç nə yoxdu. Deyib, keçirəm. Hər ikimiz xanım olduğumuz üçün məhkəmədə üzbəüz gələk, bir o desin, bir mən... Bunu istəmədim. Ancaq o bir daha mənim şərəf və ləyaqətimi təhqir etsə, o zaman heç nə düşünmədən, onu da məhkəməyə verəcəyəm".

Xatırladaq ki,hər iki məşhur dağlıdı. Və bir neçə gün öncə Kərim Abbasov sosial şəbəkədə bu paylaşımı etmişdi: "Əslində mən bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımlarının adı ləkələnir. Dağlı xanımı hər bir azərbaycanlı xanımı qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çox insanların beynində dağlılar başqa cür formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir, biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3361   Tarix: 26 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ailəmizin birlikdə olduğu son məclis" - FOTO

Nəvəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni paylaşım edib. Axşam.az xəbər verir ki, o, öz nişan günündən foto yayımlayıb. Rəfiqə bildirib ki, son dəfə ailəsi həmin məclisdə bir arada olub. "Ailəmizin birlikdə olduğu son məclis" deyə, o, paylaşıma yazıb. Qeyd edək ki

29.04.2024 1103
.

İki həftəyə 4 kiloqram arıqladı

"İki həftədir pəhrizdəyəm, 4 kiloqram çəki atmışam. Ciddi pəhrizdiz, çalışıram ki öz çəkimə qayıdım. Pilatesə gedirəm, yürüyüş edirəm. Səhnə bunu tələb edir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "İncə səhər" verilişində deyib. Sənətçi qida rasionundan da danışıb:

01.05.2024 1491
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1613
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1071
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 560
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1268
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4334
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 2130
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 715