Balla darçının faydaları

Balla darçının faydalarıSözgüdən məhsullardan istifadə etməklə xəstəliklərdən qorunmaq üçün sanki bir divar hörəcəksiniz.

Bal və darçın ayrı-ayrılıqda çox faydalı məhsullardır.

Bəs yaxşı bu iki faydalı möcüzə birləşərsə nə baş verər?

Darçın və bal immuniteti qaldırmaq üçün əsas vasitədir. Bu məhsulların birləşməsi mədə-bağırsağın işini normallaşdırır, immuniteti qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır və saysız-hesabsız xəstəlikləri sağaldır.

Ürək xəstəliyi

Hər gün üzərinə bal çəkilmiş və darçın səpilmiş çörəkdən istifadə edin. Bu qanda xolesterinin miqdarını aşağı salır, nəfəs almanı yaxşılaşdırır, ürək əzələlərini möhkəmləndirir.

Zəiflik

Balın tərkibindəki şəkər orqanizmi gücləndirmək baxımından faydalıdır. Bərabər miqdarda bal və darçın istifadə edən insanlarda diqqəti toplamaq və hərəkətlilik yaxşılaşır. Hər gün acqarına 1 stəkan suya qarışdırılmış yarım xörək qaşığı bal və darçın istifadə edin. Bu həyat enerjinizi bərpa edəcək.

Artrit

Əgər bu xəstəlikdən əziyyət çəkirsinizsə, hər gün 1 fincan isti su suya 2 xörək qaşığı bal və 1 çay qaşığı darçın əlavə edin. Bu dərmanın müntəzəm qəbulu hətta xroniki artriti də müalicə edə bilir.

Xolesterin

2 stəkan suya qatılmış 2 xörək qaşığı bal və 3 çay qaşığı darçın 2 saat ərzində qanda xolesterinin miqdarını 10 % aşağı salır. Bu qarışığın müntəzəm qəbulu xolesterini normaya salır.

İmmunitet

Bu məhsulların gündəlik qəbulu orqanizmin müdafiə funksiyasını gücləndirir, orqanizmi virus və bakteriyalardan qoruyur. Müntəzəm bal qəbulu ağ qan hüceyrələrinin bakteriya və viruslara qarşı mübarizə qabiliyyətini gücləndirir.

Sidik kisəsinin iltihabı

1 stəkan isti su ilə qarışdırılmış 2 xörək qaşığı darçın və 1 çay qaşığı bal sidik kisəsindəki mikrobları öldürür.

Saçların tökülməsi

Keçəlləşmə və ya saç tökülməsi zamanı saçların dibinə qızdırılmış zeytun yağı, 1 xörək qaşığı bal, 1 çay qaşığı darçından hazırlanmış pastanı çəkin, 15 dəqiqədən sonra isti su ilə saçlarınızı yuyun.

Dəri infeksiyası

Əgər sizdə ekzema, göbələk və ya dəri infeksiyalarının başqa növləri varsa, dərinin zədələnmiş hissəsinə darçın və baldan hazırlanmış pasta çəkin.

Civzələr

3 xörək qaşığı bal və 1 çay qaşığı darçından pasta hazırlayın. Axşam yuxudan əvvəl pastanı civzələrin üzərinə çəkin və səhər isti su ilə yuyun. 2 həftədən sonra civzələr yoxa çıxacaq.

Həşərat sancması

1 hissə bal və 2 hissə sudan ibarət qarışıq hazırlayın. 1 çay qaşığı darçın əlavə edib qarışığı bədənin zərər görmüş hissəsinə çəkin. Ağrı 1-2 dəqiqədən sonra azalacaq.

Mədə pozğunluğu

2 xörək qaşığı bal və 1 çay qaşığı balı yeməkdən əvvəl qəbul edin. Bu qarışıq mədə turşuluğunu azaldır, ən ağır qidaları belə həzm etməyə kömək edir.

Mədə xorası

Bal və darçın mədədəki ağrını götürür və xoraları sağaldır.

Mədədəki qazlar

Bu qarışıq mədə şişini azaldır.

Diş ağrısı

1 çay qaşığı darçına 5 çay qaşığı bal əlavə edib qarışığı ağrıyan dişin üzərinə qoyun. Ağrı keçənədək proseduru təkrar edin.

Ağızdan gələn qoxu

Ağızı bütün günü təravətli saxlamaq üçün səhərlər boğazınızı bal və darçın qatılmış isti məhlulla yaxalayın.

Eşitmənin itməsi

Hər gün bərabər miqdarda bal və darçın qəbul edin.

Soyuqdəymə

1 xörək qaşığı isti bala ¼ çay qaşığı darçın qatıb gündə 3 dəfə qəbul edin. Bu qarışıq istənilən xroniki öskürəyi, soyuqdəyməni sağaldır və burun keçidlərini təmizləyir.

Qrip

Balın tərkibindəki təbii elementlər qrip bakteriyalarını öldürür və insanı bu xəstəlikdən xilas edir.

Xərçəng

1 xörək qaşığı bal və 1 çay qaşığı darçının 1 ay müddətində gündə 3 dəfə qəbulu mədə və sümük xərçəngini müalicə edir.

Bal və darçın – yalnız yüzlərlə xəstəlik üçün dərman deyil, o, həmdə qocalma prosesini də ləngidir. Qida rasionunuza bu 2 məhsulu əlavə edin və siz bu iksirin orqanizminizə müsbət təsirini hiss edəcəksiniz.

"Qafqazinfo"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3341   Tarix: 25 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 930
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 685
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24.03.2024 751
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 912
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 958
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 496
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1318
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 699
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1121