Deyildi, yeyildi

Deyildi, yeyildiBu anda nə yemək istədiyinizi fikirləşin. Orqanizminiz hazırda məhz bu ərzağa ehtiyac duyur. Adətən şıltaqlıq adlandırdığımız çağırış əslində bədənin səsidir: əgər nə isə duzlu istəyirsinizsə, deməli təzyiqiniz qalxıb, şirniyyat istəyirsinizsə, əhvalınız yoxdur. Bu və digər problemi orqanizm ərzağın tərkibində olan elementlər vasitəsilə həll edir.

1. Dərinin vəziyyətini yaxşılaşdırmaq üçün
Qəhvə və qırmızı şərab üz dərisi damarlarını genişləndirir, həmçinin dəri piyinin sekresiyasını gücləndirir və iltihaba gətirib çıxarır. Tərkibində yüksək konservant və boyaq maddəsi olan məhsullar dertamitin yaranmasına yol açır. Dərinin təmiz olması üçün sadaladığımız içkilərdən imtina edib rasionunuza lobya (tərkibindəki zülal bitişdirici toxumaların bərpasına kömək edir), qızılbalıq, zeytun yağı (yağlı turşuların təsiri altında orqanizmi nəm saxlayır) və kəsmik (selen mənbəyidir, yəni ən vacib antioksidant) əlavə edin.

2.Menstruasiyaöncəsi sindromun yüngülləşdirilməsi üçün
Ağır menstruasiyaöncəsi sindrom zamanı ağrıkəsicilər həmişə kömək etmir. Bu problemi yalnız düzgün qidalanmaqla aradan qaldırmaq olar. Gündə 1-2 qram kalsium qəbul etdikdə, bu simptomlar 48%-dək azalır. Beləliklə, orqanizmi kalsiumla təmin etmək üçün hər səhər bir yumurta (27 mq), nahar vaxtı bərk pendir (300 mq) və şam zamanı dondurma (120 mq kalsiumdan əlavə, dondurma qlükoza ilə zəngindir, bu da əhvalı yüksəldir) yeməyiniz məsləhətdir.

3.Nəfəsi təravətləndirmək üçün
Ağızdan gələn pis qoxunun səbəbi dildə və dişlər arasında yığılan bakteriyalardır. Təəssüf ki, nanəli, tərkibində şəkər olan konfetlər onların sayını daha da çoxaldır. Yapon alimlərinin fikrincə, qatqısız təbii yoğurtlar nəfəsdə olan sulfatın dərəcəsini aşağı salır və dezodarasiya effekti verir.

4.Dırnaqların möhkəmləndirilməsi üçün
Əgər dırnaqlarınız tez-tez sınır və baxımsız görünürsə, mütləq gündəlik rasionunuzu bir daha gözdən keçirin, bəlkə yediyiniz məhsulların tərkibində zülal çatışmazlığı var. 24 saat ərzində yediyiniz yeməklərin tərkibində ən azı 45 qram zülal olmalıdır. Buna görə menyuya hind toyuğu, mal əti və göbələk daxil etməlisiniz. Həmçinin ləpəni də unutmayın, əsasən də yerfındığını, çünki o, dırnaqların sağlamlığına müsbət təsir edən kalsiumla zəngindir.

5.Saçların möhkəmliyi və parıltılı olması üçün
Saçtökülmənin səbəbi adi sink çatışmazlığı ola bilər. Gündə cəmi 8 qram sink qəbul etməklə bu problemin öhdəsindən gəlmək mümkündür, bunun üçün krab (onayaqlı dəniz xərçəngi) və yaşıl noxud yeməyiniz kifayətdir. Həmçinin saçların solğun olmaması üçün ət, balıq və yarma yeməyiniz məsləhətdir. Yarma qidalandırıcı maddələrin həzmini yaxşılaşdıran toxumanın əsas mənbəyidir. Saç dibininin möhkəmliyi üçün isə mütləq günün sonunda yaşıl çay içməniz vacibdir.

6.Başağrısından azad olmaq üçün
Əgər tez-tez başağrısından əziyyət çəkirsinizsə, o zaman pendir, sitrus meyvələri, çips, qırmızı şərab, pivə və şampandan imtina edin, çünki onlar damargenişlənməsinə səbəb olur. Bu halda damarları daraldan tünd şəkərli qara çay, kola və təbii qəhvə içməniz məsləhətdir. Həkimlərə görə, başağrısının səbəbi orqanizmdə olan maqnezium azlığıdır. Daha çox maqnezium hind ləpəsi və qabağın qovrulmuş tumunun tərkibindədir. Onları salat və şorbalara da əlavə etmək olar.

7.İdmandan sonra əzələlərdə əmələ gələn ağrıdan qurtulmaq üçün
Bütün axşamı fitnes mərkəzində keçirmisinizsə, səhər sıyıq yeyin. Sıyığın xeyri artıq təsdiqlənib. Ostindəki Texas Universitetinin alimləri əldən düşmüş velosipedçilərə bir neçə həftə ərzində yalnız yağsız südlə lopa yedizdiriblər. Məlum olub ki, dənli bitkilər əzələlərin bərpası üçün stimul yaradır və onların enerji ehtiyatını artırır. Albalı şirəsi antosian və antioksidant ilə zəngindir, bu da yorğunluq və soyuqlamanın qarşısını alır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4493   Tarix: 15 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627