Uşaqlı səfər üçün 10 qayda

Uşaqlı səfər üçün 10 qaydaSəfər və səyahət etmək müsbət təəssüratlarla bol olmasına baxmayaraq əksər hallarda yorucu olur.

Həm nəqliyyatda keçirilən müddət, iqlimin və saat qurşağının dəyişməsi müəyyən növ fiziki narahatlıq və gərginlik yarada bilir. Körpə və ya uşaqla edilən səfərin valideyn üçün iki dəfə daha çətin olduğu hamıya məlumdur. Uşaqlar nəqliyyat vasitələrindən tez yorulur, hərəkət etmək üçün daha çox məkan istəyir, ürəkləri bulanır, yemək yeməkdə problemlər yaradır üstəlik yol yorğunluğu müxtəlif cür kaprizlər vasitəsilə özünü göstərə bilir. Uşaqlı valideynlərin səyahəti asanlaşdırmaq üçün bir neçə ipucu təqdim edirik:

- Səyahətin vaxtını öncədən nəzərə almaq səfər ediləcək müddəti imkan daxilində gecə saatlarına planlaşdırmamaq və uşaqların vərdiş etibarilə daha rahat olduqları vaxta salmaq valideynlərə daha az stress yaşadacaqdır.

- Səfər çantalarını yığarkən hər ailənin üzvünün adına ayrıca bir çanta (çemodan) yığmaq oteldə lazım olan əşyaları daha rahat tapmağa imkan verəcəkdir. Səfər olunacaq hər günün sayına uyğun olaraq bir alt və üst paltar dəsti seçmək məqsədəuyğundur.

- Hansı nəqliyyat vasitəsilə səfər etməyinizdən asılı olmayaraq özünüzlə yola tez xarab olmayan müxtəlif cür çərəzlər götürməyi planlaşdırın. Bu uşağınızın çox sevdiyi təmizlənmiş günəbaxan tumları, qovrulmuş fındıq, təmizlənmiş badam, evdə hazırlanan kurabiyələr, suxarilər, yuyulmasına ehtiyac olmayan meyvələr (banan, naringi, portağal, nar) ola bilər.

- Səfərə özünüzlə əlavə boş çanta və çemodan götürmək sizə getdiyiniz yerdən bazarlıq edib hara yığacağınız kimi problem yaratmayacaq üstəlik əlavə çemodan almağa vaxt və vəsaitinizi qənaət edəcəkdir.

- Maşınla səyahət zamanı mütləq şəkildə uşaq üçün olan xüsusi avtomobil oturacağından istifadə edin. Bu oturacaqlar uşaqların təhlükəsizlik təminatından başqa uzun məsafələrə səfər etməkdə də öz faydasını heç azaltmır. Araşdırmalara əsasən uşaq avtomobil oturacaqları yol qəzası zamanı 50-80% ölüm və müxtəlif növ xəsarətləri azaltmağa səbəb ola bilir. Oturacaqda təhlükəsizlik kəmərləri ilə bağlanan uşaqlar yolda valideynlərini yormadan rahat yata bilərlər. Bundan əlavə onların müxtəlif növ oyuncaqlarla da oynamaq imkanları olacaqdır.

- Təyyarə ilə səyahət zamana qənaət etməklə uzun məsafələr qət etməyə imkan verir. Lakin bu vasitə uşaqlar üçün daha cansıxıcı ola bilər.

- Təyyarəyə minməmişdən öncə uşaqları yedizdirmək. Toxluq uşaqların təyyarədə yuxuya gedərək yolun əksər hissəsini yatma ehtimalını artırır. Üstəlik aclıqdan uşaqların hövsələdən çıxmasına imkan vermir və təyyarə salonunda çətinliklə yedirtməyə ehtiyac olmur.

- Təyyarəyə minməmişdən öncə uşaqları ayaqyoluna aparmaq, körpələrin isə bezlərini dəyişmək çox məqsədə uyğundur. Bu valideynlərə təyyarənin dar tualetlərinə uşaqla birlikdə yerləşmək kimi narahatlıqdan azad edəcəkdir (ən azında bir dəfə daha az getməyə səbəb olacaqdır).

- Təyyarə qalxarkən və ya enərkən uşaqlara içməyə maye vermək, körpələri isə əmizdirmək onların tutulmuş qulaqlarını udqunaraq açılmasına yardım edəcəkdir.

- Ürəyi bulanan uşaqlara limonlu su və ya nanəli konfet vermək onların ürəkbulanmalarını azalda bilər.

- Körpələrlə səyahəti daha rahat etmək üçün slinqdən istifadə edin. Bu valideynlərin əllərini azad etməklə uşağa rahat mövqedə yatmağa imkan verəcəkdir.

vib.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1440   Tarix: 19 may 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaddaşı gücləndirməyin üsulları

Yaşın irəliləməsi ilə yaddaşın zəifləməsi, tez-tez unutqanlıq və diqqət dağınıqlığı kimi problemlər ortaya çıxa bilər. Bu cür halların qarşısını almaq məqsədilə xalq təbabətində bir sıra təsirli üsullardan istifadə olunur. "Qafqazinfo"nun məlumatına görə, ilk olaraq qanda hemoqlobin səviyyəsini

17.12.2025 282
.

Tarixin ən uzun uçuşu: quşlar eniş etmədən nə qədər uça bilər?

Təxminən bir sutka davam edən Avstraliyaya uçuş uzun səfər kimi görünə bilər, lakin uzunqanad adlanan quşun bacardığı ilə müqayisədə bu, xırda bir məsələdir. Bir çoxumuz bir neçə saatdan sonra narahat olmağa başlayırıq, özü də yerimizdə oturduğumuz halda. İndi isə təsəvvür edin ki, havada qalmaq üçü

15.12.2025 450
.

Azərbaycanda təsirli hadisə - Pişik uşağı ölümdən xilas etdi

Bu yaxınlarda Mingəçevirdə qəribə hadisə baş verib. Zirzəmiyə atılan azyaşlını pişik xilas edib. Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. "Zirzəmiyə atılan 1-2 yaş arasında olan uşağı polislər 4 gündən sonr

13.12.2025 336
.

Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO

Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə

13.12.2025 272
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12.12.2025 355
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 610
.

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə

14.12.2025 460
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

09.12.2025 324
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 833
.

TOP MP3