Yuxu və yuxugörmə haqqında maraqlı məlumatlar

Yuxu və yuxugörmə haqqında maraqlı məlumatlarBiG.AZ rasional.info-ya istinadən yuxu haqqında ətraflı və maraqlı məlumatları təqdim edi:

1. Bütün adamlar yuxu görür. Kiminsə yuxunu xatırlamaması o demək deyil ki, həmin adam yuxu görmür. Yuxugörmə hər gecə bir-biri ilə əlaqəli olmayan 4-6 süjet şəklində olur əsasən. Yuxunun sürətli fazalarında oyanan adam yuxugörməni daha yaxşı xatırlaya bilir. Yuxudan oyandığı andan ilk 5 dəqiqə ərzində adam gördüyü yuxuların təqribən yarısını yada sala bilir. Dəqiqələr ötdükcə yuxunun xatırlana bilən həcmi sürətlə azalır.

2. Təxminən 20 faiz yuxugörmələrdə süjetlər real yerlərə və real adamlara yüksək dərəcədə uyğun gəlir. Əksər hallarda yuxular quraşdırma obrazlar şəklində görülür. Məsələn yuxuda görülən mənzil sizə tanış olan bir neçə mənzilin əlamətlərindən quraşdırılmış olur; tanıdığınız bir adamı başqa xasiyyətlə görə bilərsiz; eyni bir səhnə keçmişin müxtəlif dövrlərinə aid əlamətləri, yaxud realda müxtəif yerlərə aid əlamətləri özündə birləşdirir və s.

3. Sorğu olunmuş adamların təqribən 70 faizi yuxuların motivləri əsasında dejavü yaşadıqlarını təsdiq etmişlər.

4. Yataq otağının fiziki göstəriciləri yuxuya təsir edir. Məsələn, otaq soyuqdursa (bədən üşüyürsə), adam soyuq bir bölgədə olduğunu və üşüdüyünü yuxu görə bilir. Otaq istidirsə, yuxuda hansısa istilik mənbəyinin təsirindən cansıxıcı səhnə görə bilir.

5. Adamların 90 faizdən çoxu yuxunu rəngli görür. Hazırda 25 yaşadək olan adamlar arasında bu rəqəm 95 faizdən çoxdur. Yaşlı adamların ağ-qara yuxu görməsinin səbəbi onunla izah edilir ki, onlar rəngli televizor olmayan zamanlarda ağ-qara televizora baxmışlar.

6. Kişilərin yuxuda gördükləri personajların təqribən 70 faizi kişilər, 30 faizi qadınlardır. Qadınlarda bu nisbət təqribən eynidir.

7. Heyvanlar da yuxu görür. Elmi təlimlərə görə, sürətli yuxu fazası istiqanlı məməlilərdə və quşlarda inkiafın son fazasıdır. Yuxular məhz sürətli yuxu fazasında görülür. Bətndaxili inkişafın müəyyən mərhələsindən sonra bu faza formalaşır və insan dölündə yuxugörmə prosesləri başlayır.

8. Kor doğulan adamlarda yuxugörmə səs, dad, iy, lamisə və emosiyalara məhdudlaşır.

9. Yuxu daha çox neqativ emosiyaları önə çəkir. Yuxugörmələrdə ən çox baş verən emosional vəziyyət həyəcandır. Həyəcan nə nə qədər şiddətli olursa, oyandıqdan sonra yuxunun xatırlanma və uzun müddət yadda qalma imkanı bir o qədər böyükdür. Orqanizmdə olan narahatlıqlar (o cümlədən yataq yerninin narahat olması səbəbindən) həyəcanlı yuxugörmələrə səbəb ola bilir.

10. "Xəbərdarlıq yuxu" anlayışı var. Orqanizmdə hansısa xəstəlik, hanssa orqanda pozğunluq inkişaf etməkdədirsə və insanın hələ ki bundan xəbəri yoxdursa, həmin xəstəliyə hansısa formalarda işarə edən yuxular görülə bilir. Bəzən, adamlar belə yuxuları fərqli şəkillərdə təkrar-təkrar görürlər. Təsdiq olunub ki, yuxugörmədə yaşıl və göy rənglər üstünlük təşkil edirsə, bu, orqanizmin qaydasında olmasına; qırmızı fonlar üstünlük təşkil edirsə, bu, bədəndə qızdırma olmasına, yaxud hansısa infeksion xəstəliyin yarandığına; sarı-qəhvəyi fonların üstünlüyü bağırsaqda olan problemlərə; qara fonların üstünlüyü əsəb pozğunluqlarına işarə edir.

11. Adamlar yuxunun asta fazalarında xoruldayırlar. Xoruldama zamanı yuxugörmə olmur.

12. Siqaret çəkməyi tərgitmiş adamlarda bir müddət çox parlaq yuxugörmələr olur.

Başqa canlılarda:

13. Atlar və qoyunlar həm uzanaraq, həm ayaq üstə yata bilir. Ayaq üstə yatarkən yuxugörmə olmur. Çünki yuxu görülən yuxu fazası olmur bu halda.

14. Balinalar, delfinlər, quşlar "yarı beyinlə" yata bilirlər. Bu zaman beyin yarımkürələri növbə ilə yuxuya dalır. Dəniz heyvanları bunun sayəsində, yuxuda ikən vaxtaşırı suyun səthinə qalxıb nəfəs ala bilirlər. Quşlar isə təhlükələrdən qorunurlar. Quşlar ayaq üstə, suda üzərkən, uçarkən yata bilirlər.

15. Köçəri quşlar səfər edəndə 10-15 quş sıx dövrə yaradır. Dövrənin içində "uçan" hava axını əmələ gəlir. Quşlar növbə ilə bu axına girir, qanadlarını açıq saxlamaqla yuxu rejiminə keçirlər. Hava axını özü onu aparır. Bunun sayəsində quşlar sutkalarla fasiləsiz uça bilirlər.

16. Dərkolunan yuxugörmə (Lucid dream)

Yuxunun elə bir halıdır ki, yatan adam yuxu gördüyünü dərk edir və yuxunun məzmununu hansısa hədlərdə idarə etməyə qadir olur. "Lucid dream" terminini holland psixiatrı Frederik van Eeden ifadə edib. Elmi araşdırma predmetidir, eksperimentlər yolu ilə dəfələrlə təsdiq olunub. D.y. həm yuxu (yatma) prosesinin bilavasitə başlanğıcında, həm də gedişində (yuxuya getdikdən xeyli sonra) baş verə bilər.

D.y. zamanı insan oyaq vaxtı həll edə bilmədiyi çətinliklərin həll yolunu "görə" bilir; yuxuda uçursa, uçuş trayektoriyasını idarə edə bilir; real həyatda pis danışdığı xarici dildə yaxşı danışa bilir; real həyatda onu daim qorxudan fikirlərə (fobiyalara) qalib gələ bilir (bundan sonra həmin fikirlər onu real həyatda bir daha qorxutmur); real həyada uzun müddət xatırlamağa çalışdığı amma xatırlaya bilmədiyi bir şeyi xatırlaya bilir və s.

D.y.-ni vərdişə çevirə bilmək üçün, Stephen LaBerge tərəfindən hazırlanmış xüsusi məşğələ proqramları var. Belə məşqlər sayəsində hər kəs istədiyi vaxt dərkolunan yuxu görə bilər. D.y.-yə həmçinin hipnoz üsulu ilə dalmaq mümkündür.

D.y. bir çox filmlər üçün ssenari motivi olmuşdur:

The Lathe of Heaven (1980);
Open Your Eyes (1997);
The Cell (2000);
Waking Life (2001);
Vanilla Sky (2001);
Eternal Sunshine of the Spotless Mind (2004);
The Science of Sleep (2006);
Inception (2010)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2636   Tarix: 10 may 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır

ündəlik həyatda çox insan meyvəni soyaraq yeməyi daha təmiz və praktik hesab edir. Lakin aparılan elmi tədqiqatlar göstərir ki, meyvənin əsas qida yükü onun qabığında toplanır. xəbər verir ki, xüsusilə alma qabığında olan polifenollar və liflər orqanizmin antioksidant qabiliyyətini ciddi şəkildə artırır

14.12.2025 998
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1439
.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 908
.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 303
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

08.12.2025 1146
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

12.12.2025 665
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 454
.

Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO

Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları

13.12.2025 308
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 394
.

TOP MP3