Ell & Nikki mətbuat konfransında Xalq mahnımızı səsləndiriblər [Video]

Ell & Nikki mətbuat konfransında Xalq mahnımızı səsləndiriblər [Video]Azərbaycanın "Eurovision 2011" təmsilçiləri Eldar və Nigar Düsseldorfda "Esprit Arena"da baş tutan ikinci məşqdən sonra mətbuat konfransı keçiriblər. Təmsilçilərimizin mətbuat konfransında ötən dəfə olduğu kimi, bu dəfə də soxsaylı jurnalist iştirak edib.
Mətbuat konfransı "Runnig scared" mahnısına çəkilmiş klipin nümayişi ilə başlayıb. Klipin nümayişindən sonra Eldar və Nigar mətbuat konfransının iştirakçılarına mahnının akustik versiyasını canlı ifa ediblər. Onları gitarada Moldavanın "Zdob si Zdub" qrupunun gitaraçısı müşayiət edib. Eldarla Nigarın ifası mətbuat nümayəndələrinin alqışları ilə qarşılanıb.
İfadan sonra jurnalistlər suallarını verməyə başlayıblar. Almaniyalı jurnalistin sualı daha maraqlı olub. O bildirib ki, sorğu keçirərək Azərbaycan təmsilçilərinin mahnısına olan münasibətlə maraqlanıb və "Runnig scared" mahnısının hər kəs tərəfindən bəyənildiyini öyrənib.

"Sizin mahnıya "xoşum gəlmir" deyən olmadı. Qalib olacağınıza inanırsınız?", sualına Eldar və Nigar birlikdə, "Əlbəttə inanırıq. İnanmasaydıq, bu günə qədər gəlib cıxmazdıq", deyə cavab veriblər.
Təmsilçilərimizə ünvanlanan digər sual "Azərbaycan və paytaxt Bakı müsabiqəni qəbul etməyə hazırdırmı?" olub. Duetimiz bu sualı "Biz hər şeyə hazırıq" deyə cavablandırıb.
Daha bir sual, daha doğrusu istək məhz Eldara ünvanlanıb: "Bilirik ki, Bakı Slavyan Universitetinin tələbəsisiniz. Hazırda dərslərinizdən uzaq düşmüsünüz. Bəlkə müəllimləriniz üçun kiçik canlı ifa göndərəsiniz". Eldar və Nigar bu istəyin qarşısında "Küçələrə su səpmişəm" xalq mahnısını ifa ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3528   Tarix: 09 may 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 667
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1100
.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 497
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 4786
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1202
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 429
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətlər

27.04.2024 2624
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1064
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 161