Barselona Bavariya bu gün üz üzə gəlir

Barselona Bavariya bu gün üz üzə gəlir

Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçiriləcək.

Dünyanın iki nəhəng klubu üz-üzə gələcək.

“Barselona” öz meydanında “Bavariya”nı qəbul edəcək. Maraqla gözlənilən qarşılaşma saat 23:45-də başlayacaq.

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilk dəfə olaraq sabiq komandası ilə qarşılaşacaq.

"Bavariya"nın Aryen Robben, Frank Riberi, David Alaba və Holqer Badştuber kimi aparıcı futbolçuları zədə səbəbindən İspaniyaya aparılmyıb.

Qeyd edək ki, bu komandalar son olaraq Çempionlar liqasının 2012/2013 mövsümünün yarımfinal mərhələsində üz-üzə gəlib. Almaniyada keçirilən oyunda 4:0, “Nou Kapm”da isə 3:0 hesablı qələbə qazanan “Bavariya” finala yüksəlib.

6 may

Çempionlar Liqası, yarımfinalın ilk oyunları

23:45."Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 3077 Tarix: 06.05.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
arzu200
arzu200 06.05.2015
ugurar barcelona


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər