İlk Avropa Oyunlarının məşəli Salyanda böyük təntənə ilə qarşılandı

İlk Avropa Oyunlarının məşəli Salyanda böyük təntənə ilə qarşılandı"Bakı-2015" birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Salyan rayonu olub. Mayın 4-də birinci Avropa Oyunlarının məşəli Cəlilabaddan Salyana gətirilib.

Bu münasibətlə Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb.

Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza, Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.

Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Cavid Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.

Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Salyandan Neftçalaya yola salındı.

Xatırladaq ki, "Bakı-2015" birinci Avropa Oyunlarının məşəl səyahətinə mindən çox məşəlçi cəlb olunub. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.

İyunun 12-28-də idmanın 20 növü üzrə keçiriləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən altı mindən çox atlet 253 dəst medal uğrunda mübarizə aparacaq.

trend.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1779   Tarix: 04 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064