Azərbaycanda futbol kubokunun finalçıları bu gün müəyyənləşəcək

Azərbaycanda futbol kubokunun finalçıları bu gün müəyyənləşəcəkBu gün futbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşləri Zaqatala və Bakıda keçiriləcək.

"Simurq" Ağdamın "Qarabağ" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş Zaqatala şəhər stadionunda baş tutacaq. Artıq turnir cədvəlində ilk "4-lük"dən əli üzülən "sarı-qaralar" avrokuboklara yollanmaq üçün ağdamlıları mütləq məğlub etməlidir. "Qarabağ" isə ilk görüşdən sonra minimal üstünlüyə malik olduğu və turnir cədvəlinin lideri olduğu üçün bu oyuna daha rahat çıxacaq.

Digər matçda paytaxtın iki klubu üz-üzə gələcək. Burada "İnter" "Neftçi"ni qəbul edəcək. Tərəflərin ilk görüşündə "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi qeydə alındığından "bankirlər" doğma azarkeşlər qarşısında "Neftçi" səddini keçməyə çalışacaq. Demək olar ki, artıq hər iki tərəf çempionat yolu ilə avrokuboklara vəsiqəni təmin edib. Amma eyni zamanda, onlar mövsümü titulla başa vurmağa çalışacaqlar. "Neftçi" kubokun hazırkı sahibi olduğu halda, "İnter" tarixində ilk dəfə kuboku qazanmaq istəyir.

Azərbaycan Kuboku

1/2 final mərhələsi, cavab oyunları

18:00. "Simurq" (Zaqatala) - "Qarabağ" (Ağdam)

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

Zaqatala şəhər stadionu

İlk oyun: 0:1

19:00. "İnter" (Bakı) – "Neftçi" (Bakı)

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov

Bakı. "İnter Arena"

İlk oyun: 0:2


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 700   Tarix: 21 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 350
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 954
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 425
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 260
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 246
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 1001
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 350
.

Volkan Demirel istefa verdi

Türkiyənin "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirel istefa verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. Gənc mütəxəssis qərarını klub rəhbərliyinə bildirib. Onun istefasının qəbul edilib-edilmədiyi barədə məlumat yoxdur

03.05.2024 241
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 2007