Səni axtarıram bir daha olmayacaq

Səni axtarıram bir daha olmayacaq"Oktyabrın 1-dək gözləyəcəm"

"Azad Azərbaycan" telekanalından ayrılan tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Müəllif Hüquqları Agentliyinin (MHA) "Səni axtarıram" televiziya verilişi ilə bağlı açıqladığı mövqeyə münasibət bildirib. Açıqlama verən aparıcı bir çox məsələlərə də aydınlıq gətirib:

"Biz müəllif hüquqlarını çox yaxşı bilirik. Bilirsiniz ki, mənim vəkillərim də bu məsələ ilə məşğuldur. Vəkillərimlə bu mələlərlə bağlı məsləhətləşmələrimiz olub. Mən mətbuat konfransında demişdim, anons etmişdim, yenə də deyirəm; tam yeni bir formatda, həftənin 5 günü, - bazar günü də daxil olmaqla - bir verilişlə ekranda olacağıq.

Amma mən ümid edirəm ki, Vüqar Qaradağlı milyonlarla insanların ümid yeri kimi baxdığı, axtarışlarını bitəcəyi anı gözləyən, atasını, anasını, qohumlarını axtaran insanların göz yaşlarını gözü önünə gətirəcək.

Çünki bu şou layihəsi deyil. Bu hansısa pula, paraya xidmət edən layihə deyil. Bu layihə insanlara xidmət etmək üçün mənim tərəfimdən 5 il öncə yaradılmış layihədir. Mənim halal haqqımı verilmədi. Bu, öz yerində. Amma Vüqar Qaradağlının minlərcə insanın ümid yeri kimi baxdığı bir proqramdan imtina edəcəyinə əminəm.

Ümid edirəm ki, onun da ətrafında, ən azı ailəsində bir ağsaqqal var ki, başa salacaq ki, ay oğul, sən burda bir qadına qarşı mübarizə aparırsan. Bu gün mən 83 yaşlı bir qadının çəkilişindən gəlirəm. 35 ildir ki, oğlunu axtarır. Ölüm ayağındadır. Bu çəkilişdən sonra göz yaşımı saxlaya bilmədim. Bu cür anaların ahı, naləsi, göz yaşı... Nə bilim vallah. Bunları nəzərə almamaq düzgün deyil. Ümid edirəm ki, o, bu göz yaşlarını nəzərə alacaq.

Bu dünyanın, o dünyası da var. Pulumuz da ola bilər, zəngin də ola bilərik. Hər şey ola bilər. Amma bu pul, para üçün yaradılan layihə deyil. 5 il öncə mən tərəfindən yaradılan və insanlara xidmət etmək üçün nəzərdə tutulan layihədir. İndi müqaviləni sən pozmusan. ( red. Vüqar Qaradağlını nəzərdə tutur) Mən pozmamışam. Sən demisən ki, milli mənəvi dəyərlərə ziddir. Bu da gülməlidir.

Azərbaycanın elə bir professoru, alimi, millət vəkili olmayıb ki, dəfələrlə o proqramda qonaq olmasın. Yaxşı, bu milli, mənəvi dəyərlərə zidd olan proyektə gələn o ziyalılar görəsən niyə etirazını bildirmirdi? Mən anlaya bilmirəm ki, milli, mənəvi dəyərlərə ziyan vuran layihə deyəndə nəyi nəzərdə tuturlar? "Ümid var" verilişi ilə mənim verilişimin müqayisə edilməsi isə sadəcə gülüncdür.

Adı çəkilən verilişdə bilirsiniz ki, nələr yayımlanmışdı. Bir kişinin həyat yoldaşının başqa bir insana xəyanət etdiyi anın videosu nümayiş olunmuşdu. Mən həmin verilişə baxmamışam. Amma yazılanlardan oxumuşdum ki, efirdə onların qeyri-rəsmi yaşadıqları göstərilmişdi. Allah eləməsin, bizim proqramda elə şeylər göstərilsin. Bunu mən göstərmərəm.

Əgər elə bir şey göstərsəydim, həmin gün mətbuatdan gedərdim. Biz öz yolumuza davam edirik. Mətbuat konfransında dediyim sözü təkrar edirəm: "Səni axtarıram" adını brendləşdirən beyin, baş, güc Xoşqədəm burdadır. Komandası da yanındadır. Heç nə dəyişməyib. "Səni axtarıram" adını mənə vermir, verməsinlər. Canları sağ olsun.

Allah razı olsun. Nə deyə bilərəm artıq? O ki qaldı hüquqi tərəfə, biz bilirik. Bildiyimiz üçün də ANS-dəyik".

Daha sonra X.Hidayətqızı onu da əlavə edib ki, yeni veriliş "Səni axtarıram" adı ilə yayımlanmayacaq: "Yeni veriliş mənim adımla bağlı olacaq. Oktyabrın 1-ə qədər biz gözləyəcəyik. Canı sağ olsun Qaradağlının.

Mən bu işə nə pul üçün getdim, nə də başqa nələrəsə görə. Mən 83 yaşlı nənələrin göz yaşı üçün bu işə getdim. Onların ahı, naləsi mənim üstümə tökülməsin. Ümid edirəm kİ, Vüqar müəllim də bu yazını oxusa, fikirləşəcək ki, mən bunu Xoşqədəm üçün etmirəm. Bu, Xoşqədəmə verilən bir haqq deyil.

Minlərlə qızını, ərini, anasını, atasını gözləyən insanlara verilən haqdır. Yeni verilişimin adını deyə bilmərəm. Sabahdan anonslar yayımlanacaq".

trend.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9228   Tarix: 16 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121