Nazirlikdən xaricdə oxumaq istəyənlərə xəbərdarlıq

Nazirlikdən xaricdə oxumaq istəyənlərə xəbərdarlıqTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərlə bağlı vətəndaşlara yenidən müraciıət ünvanlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun verdiyi məlumata görə, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər:

"Təəssüf ki, belə şikayətlər xüsusilə, yay ayları ərzində, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na müsabiqə vaxtı daha da intensivləşir. Bununla əlaqədar bildirmək istərdik ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır".

Nazirlik sözçüsü vətəndaşlara bir daha müraciət edərək bildirib ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur.

Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti: 146 - 1) məlumat versinlər.

Bunlarla yanaşı bildiririk ki, müsabiqə zamanı elektron ərizənin doldurulması, sənədlərin təqdim olunması tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç bir vəsait tələb edilmir.

Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət etmələrini tövsiyə edir.

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1668   Tarix: 17 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 339
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 336
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30.04.2024 580
.

Avropa İttifaqı "TikTok"u bloklamağa hazırlaşır

"TikTok" sosial şəbəkəsi ABŞ-də olduğu kimi Avropa İttifaqında (Aİ) da qadağan edilə bilər. Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib. Fon der Lyayen xatırladıb ki, Avropa Komissiyası hələ ötən ilin fevralında dünyada öz işçilərinə iş telefonlarında "TikTok"

30.04.2024 265
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 494
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

30.04.2024 165
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 132
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 126
.

"Azərbaycanda qiymətli kağızlar bazarı zəif formalaşıb" - Emin Qəribli

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları 3 dəfə artırıb.Bu il yanvarın 1-nə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) aktivlərindəki investisiya qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib. İqtisadçı ekspert Emin Qəribli -a bildiri

30.04.2024 306