Günay uşaq teatr studiyası III Minsk Beynəlxalq uşaq teatr forumundan qayıdıb - FOTO

"Günay" uşaq teatr-studiyası martın 25-28-də Minskdə keçirilən "Addımlar" ("Şaqi") III Beynəlxalq uşaq teatr forumunda Azərbaycanı təmsil edib.

Teatrdan müxbirə bildiriblər ki, "Addımlar" beynəlxalq forumu Belarusda və xarici ölkələrdə teatr təhsilinin inkişaf etdirilməsi, teatr sənəti sahəsində istedadlı uşaqların və gənclərin üzə çıxarılması və hərtərəfli dəstəklənməsi məqsədi ilə 2 ildən bir keçirilir.

"Addımlar" forumu yaradıcı əməkdaşlıq istiqamətində addım kimi düşünülüb. Bu il festivalda Belarus, Rusiya, Litva, Latviya, Estoniya və Azərbaycandan kollektivlər iştirak ediblər.
Bütün tamaşalar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Festivalın təşkilat komitəsinin qərarına görə, 1,2 və 3-cü yerlərə layiq görülənlər olmayıb.
Azərbaycan 3 diploma birdən layiq görülən yeganə kollektiv olub. Vəli və Telli rollarının ifaçıları Eldar Litver və Leyla Yusifova "Ən yaxşı aktyor duetinə görə" diplomuna layiq görülüblər.

Lalə Rzayevaya Soltan bəy roluna görə "Qəhrəmanın inandırıcı obrazını yaratma ampluasında ən yaxşı səhnə işinə görə" diplomu təqdim olunub. Nəhayət, teatrın bütün kollektivi "Klassik milli əsərin - Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin səhnə təcəssümündə yaradıcılıq əzminə görə" diplomuna layiq görülüb.

Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edən "Günay" uşaq teatrı çoxlu sayda mükafat və diplomlara, laureat adlarına layiq görülüb. Təkcə teatr nominasiyalarında deyil, həm də xoreoqrafiya nominasiyalarında bir neçə Qran-pri mükafatının sahibidir. İndi isə teatr Belarusdan mükafatla qayıdıb.

Teatrın rəhbəri ssenarist, rejissor Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır.

trend.az

Günay uşaq teatr studiyası III Minsk Beynəlxalq uşaq teatr forumundan qayıdıb - FOTOGünay uşaq teatr studiyası III Minsk Beynəlxalq uşaq teatr forumundan qayıdıb - FOTOGünay uşaq teatr studiyası III Minsk Beynəlxalq uşaq teatr forumundan qayıdıb - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1279   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 115
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 514
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 447
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 147
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 310
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

03.05.2024 194
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 458
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 329
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 260