Mal-dövlətin xeyri və şəri

Mal-dövlətin xeyri və şəriMənbə: http://zikr.az

Rəvayət edilir ki, Əbu Səid əl-Xudri demişdir: "Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - minbərdə oturdu və biz də onun ətrafında oturduq. Peyğəmbər buyurdu: "Mən bu dünyadan köçəndən sonra sizin üçün ən çox qorxduğum şeylərdən biri dün­yanın zövqü-səfa və bər-bəzək qapılarının sizin üzünüzə açılma­sıdır."
Bir nəfər soruşdu: "Ey Allahın elçisi, xeyirli bir şey özü ilə şər gətirə bilərmi?" Peyğəmbər susdu.
Bəziləri həmin adamdan soruşdular: "Nə olub, niyə sən ondan söz soruşursan, o isə sənə cavab vermir?" Sonra bizə agah oldu ki, ona vəhy nazil olur. Bir müddət keçdik­dən sonra Peyğəmbər üzündəki təri sildi və sanki sual verən adamı tərifləyərək: "Soruşan adam haradadır?"– dedi. Sonra buyurdu: "Həqiqətən, xeyir özü ilə şər gətirməz! Doğrusu, baharda ye­ti­şən bitkilərin bəzisi onu yeyən heyvanı öldürür yaxud zəhərləyir. Yalnız yaşıl ot yeyən heyvanlardan başqa. Bu heyvanlar doyanadək otdan yeyir və nə­ha­yət, böyrü şişdikdən sonra yerə uzanıb özünü günə verir. Sonra qalxıb təbii eh­ti­yacını rəf edir və yenidən yaşıl otdan bol-bol yeyir. Həqiqətən, bu dünya malı yaşıl ot kimi şirindir. Malından kasıblara, yetimlərə və müsa­firlərə verən varlı müsəlman nə gözəl bəndədir!" Sonra buyurdu: "Haqsız yolla mal-dövlət əldə edən adam, əməl­licə yeyən, la­kin doymayan kimsəyə bənzəyir. Qiyamət günü isə bu mal-dövlət onun əley­hi­nə şahidlik edəcək." (əl-Buxari, 1465).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2514   Tarix: 31 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235