Mən o çətin vəziyyətdən çıxa bildim

Mən o çətin vəziyyətdən çıxa bildim"Ailəmiz Azərbaycan ailələrindən çox da fərqlənmir".

Türkiyədə haqqımda yalan məlumatlar yayan insanlar çoxdur. Bu, bilərəkdən edilir. Məni bu ölkədən çıxarmaq istəyirlər. Mən tamamilə bu məlumatı təkzib edirəm. Təkrar edirəm, bu oteli satmaq planlarım yoxdur.

Azərbaycan əsilli rusiyalı milyarder Telman İsmayılov Türkiyədə tikdirdiyi Mardan Palace otelinin satılması ilə bağlı xəbərləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, otelin inşası zamanı bank kreditlərindən istifadə edib:

"Söhbət yalnız 110 milyon dollardan gedir. Mənim Türkiyədə heç bir problemim yoxdur".

Mardan Palace-nin inşasından sonra Rusiya rəhbərliyi ilə münasibətlərinin pisləşməsindən danışan T.İsmayılov, bunu "qlobal faciə" adlandırıb.

"Mən həmin çətin vəziyyətdən çıxa bildim. Lakin düzünü deyim, Rusiyanın ali siyasi rəhbərliyinin həmin məsələyə heç bir aidiyyatı yox idi".

Milliarder həmin gərgin vaxtlarda onun üçün Putinə müraciət etdiyi söylənilən Çeçen prezidenti Ramzan Kadırovla münasibətlərindən də danışıb:

"Mən əvvəllər Ramzan Kadırovun atası, mərhum Axmat Kadırovla yaxın dostluq edirdim. Bəli, mənim Ramzan Kadırovla çox yaxşı münasibətlərim var. Və təkcə o yox, Rusiyanın ali elitasındakı digər insanlar da xahiş edirdilər".

Azərbaycanla əlaqələrindən danışan T.İsmayılov qeyd edib ki, Vətənində çoxlu dostları var.

"Gördüyünüz kimi, ailəmiz azərbaycanlı ailələrindən çox da fərqlənmir. Biz, bu ənənələri qoruyub saxlayırıq. Mən tez-tez Bakıda oluram. Sonuncu dəfə bir neçə ay bundan əvvəl olmuşam".

Milliarder həmçinin yüz mindən çox azərbaycanlını necə dolandırmasından da danışıb:

"Mənim Çerkizondakı bazarımda yüz mindən çox azərbaycanlı işləyirdi. Onların hamısı bir parça çörəklərini qazanırdılar. İndi bu insanların əksəıriyyəti işsiz qalıb...".

Azərbaycan hakimiyyəti ilə münasibətlərindən danışan T.İsmayılov bildirib ki, "mənim sizin rəhbərliklə heç bir problemim yoxdur və ola da bilməz".

"Mən uzun illərdir ki, şəxsən tanıdığım prezident İlham Əliyevə böyük hörmətlə yanaşıram. O, Azərbaycanın layiqli lideridir və böyük atasının işini məharətlə davam etdiri", - deyə, biznesmen vurğulayıb.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1783   Tarix: 02 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292