Sən kimsən axı…

Sən kimsən axı…Xalq artisti, tanınmış aktyor Arif Quliyev qəzəblənib. Aktyor ATV-nin efirində yayımlanan "Səni axtarıram" proqramında ekspertlərin onun ünvanına söylədiyi fikirlərə narazılığını bildirib.

Xalq artisti bu barədə danışıb: "Mən "Səni axtarıram"ın çəkilişinə Gəncədə toyda olduğum üçün qatıla bilmədim. Həmin gün də mənim Qızbəs xanımla ana-bala olub-olmadığımı təsdiqləyən DNT analizinin cavabı bəlli olmalıydı.

Çünki həmin analizin cavabı Türkiyədən gətirilmişdi və efirdə söyləniləcəkdi. Mən verilişə getmədiyiym üçün ekspertlər məni qınadılar, qeyri-ciddilikdə ittiham etdilər. Mən bunu özümə qarşı təhqir hesab edirəm. Sən kimsən axı, məni təhqir edirsən? Mən onlara demək istəyirəm ki, əvvəl həqiqəti öyrənib, sonra danışsınlar. Mən toya əvvəldən dəvət almışdım və getməyə bilməzdim. Amma veriliş efirə gedəndə mən artıq evimdəydim. Aparıcı xanım deyirdi ki, Arif müəllimi gözləyirik. Canlı veriliş deyil ki, məni gözləsinlər".

Xalq artisti "anası" ilə də bağlı bunları deyib: "Mən əvvəldən bilirdim ki, o, mənim doğma anam deyil. Əslində o qadını qınamıram da. Çünki vaxtilə mənim anamın yaşadığı taleyi yaşayıb. Öz uşağını körpə ikən uşaq evinə aparıb verib. Ona elə gəlir ki, bütün uşaq evində böyüyən insanlar onun övladıdır. Onsuz da o, mənim anam olmasa da belə, mən onun oğlu kimi davranacağam. Evimə gətirdim, evinə getdim, bu münasibət davam edəcək".

Aktyor indən belə də onun analarının peyda olacağını istisna etmədi: "Hələ çox anam peyda olacaq. İndi də, deyəsən, atalarım peyda olur. Anadan bolam, indi görək neçə atam ortaya çıxacaq?"

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3575   Tarix: 31 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121