Apreldə 7 rayon qaytarıla bilər

Apreldə 7 rayon qaytarıla bilərİrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər.

Rusiya Dövlət Dumasının İrəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutskinin sözlərindən bunu anlamaq mümkün olur. Rusiya rəsmisi bildirib ki, aprel ayına nəzərdə tutulan səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanla Qarabağ məsələsi dərindən müzakirə edəcək.

"Ümid edirəm ki, Qarabağ nizamnlanması üzrə bütün sağlam səylər yaxın gələcəkdə nəzərə çarpacaq nəticələrə gətirəcək", - deyə Leonid Slutski vurğulayıb.

Rusiyalı siyasətçi münaqişənin Madrid prinsipləri əsasında həll edilməsini vacib sayır. "Münaqişəni Madrid prnisipləri əsasında həll etmək lazımdır. Rusiya Qarabağ məsələsinin əsas sülhməramlısı olaraq qalır", - deyə Slutski vurğulayıb.

Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır.

Göründüyü kimi, Rusiya Ukraynaya paralel olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün yeni müharibə ocağının alovlanacağından ehtiyat edərək Ermənistanı sülhə məcbur etmək niyyətindədir. Təbii ki, Moskva Dağlıq Qarabağa yeridiləcək sülhməramlıların Rusiya qüvvələri olmasını əsas şərt olaraq irəli sürür. Bu, sonradan Moskva üçün Dağlıq Qarabağın geri qaytarılması naminə Azərbaycanın da Avrasiya İttifaqına daxil edilməsini təmin edə bilər.

Maraqlıdır ki, İrəvanda da məsələnin bu cür həlli mümkün görünməyə başlayıb. İndiyə kimi Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması məsələsi bütün siyasi qüvvələr tərəfindən rədd edilirdi.

Amma son günlərdə erməni müxalifəti də bunu mümkün saymağa başlayıb. Erməni müxalifətinin lideri, sabiq prezident Levon Ter-Petrosyan bu günlərdə çıxış edlərək Qarabağ münaqişəsini Madrid prinspləri əsasında həll etməyə vacib sayıb. Həmçinin onun fikrincə, Ermənistanın gələcəyi naminə İrəvan Türkiyəyə qarşı bütün soyqırım ittihamlarından imtina etməlidir.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2930   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 176
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 224
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 187
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 74
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 250
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

28.04.2024 257
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 386
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 202
.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28.04.2024 298