Yazın son trendi zolaqlı geyimlər - FOTO

Xanımları yaz mövsümünün ən diqqətçəkən dəb cərəyanları ilə tanış etməkdə davam edirik. 2015-ci ildə mağazalarda qarşımıza çıxan dəb cərəyanlarından biri də zolaqlardır! Belə ki, qalın, nazik, eninə və ya uzununa zolaqlı naxışlar yaz mövsümünün trendi olmağa iddialıdır. Yeni mövsümdə zolaqların hansı istiqamətdə olmasının əhəmiyyəti yoxdur.

Yazın son trendi zolaqlı geyimlər - FOTOZolaqlar bütün geyim və aksessuarlarda xüsusi yer tutur. Ən tanınmış dizaynerlər zolaqlardan xüsusi məharətlə istifadə edirlər. Hər hansı bir geyim və aksessuar növünü gözünüzün qabağına gətirin. Orda ən azı heç olmasa iki -ağ-qara zolaqdan istifadə olunur. Bu, hər bir geyim və aksessuarda kontrast yaradır.

Yazın son trendi zolaqlı geyimlər - FOTOQeyd edim ki, zolaqların klassik forması mavi və ağ rənglərin paralelliyindən yaranıb. Bunun ən qədim nümunəsi dənizçi geyimləri sayılır. Onları təkcə dənizçilərə deyil, həm də dəb həvəskarlarına yaraşıq bəxş edib. Qırmızı zolaqlı geyimlər isə daha şən və enerjili xanımların seçimləri arasında yer alır.

Zolaq dəbi çox maraqlı olsa da, dəstləşdirmək asan məsələ deyil. Bu səbəbdən də xanımların əksəriyyəti zolaq dəbi ilə ayaqlaşmaqdan imtina edir. Çünki yanlış istifadə edildikdə ciddi dəb xətasına və fəlakətə çevrilir.

Zolaqlı parçadan olan paltarların geyinilməsinin öz forma və xüsusiyyətləri var. Məsələn, hündürboy insanlar zolaqları eninə olan geyimləri geyinir ki, boyları bir qədər bəstə görünsün. Bəstəboy insanlar isə, əksinə zolaqları uzununa olan geyimləri geyinir ki, boyları nisbətən hündür görünsün.

Bundan başqa, zolaqları uzununa olan geyimləri geyinən insanlar arıq, incə görünür. Zolaqları eninə olan geyimləri geyinənlər isə, nisbətən dolu bədənli görünür. Enli sinə və azacıq qarnı olan xanımlara isə vertikal zolaqlı geyimlər daha çox yaraşır.

Belə zolaqlı parçalar adətən yaz-yay mövsümündə dəbdə olur. Amma zolaqlı aksessuarlar ilin bütün fəsilləri üçün dəbdədir.

Gəlin, mövsümün tendensiyalarından biri olan zolaqları daha yaxından araşdıraq.

Qalın zolaqlar

Yazın son trendi zolaqlı geyimlər - FOTOKombinin detalları:
Ətək: "Viktoriya Beckham"
Köynək: "Stella Mccartney"
Şərf: "Aleksandr Mcqueen"
Çanta: "Viktoriya Beckham"
Ayaqqabı: "My Mum"

Zolaq trendini düzgün tətbiq etməyin ilk qaydası dəstdə yalnız bir zolaqlı geyimə üstünlük verməkdir. Bu dəb cərəyanı tək rəng geyimlərlə klassik görünür.

İncə zolaqlar

Yazın son trendi zolaqlı geyimlər - FOTOKombinin detalları:
Ətək: "Dolce & Gabbana"
Kofta: "Zara"
Şərf: "Yves Saint Laurent"
Çanta: "Chlo"
Ayaqqabı: "Valentino"
İncə zolaqlar həm gündəlik, həm də ofis stili üçün çox əlverişlidir.

Cüt istiqamətli zolaqlar

Yazın son trendi zolaqlı geyimlər - FOTOKombinin detalları:
Ətək: "Cushnie et Ochs"
Kofta: "Viktor & Rolf"
Şərf: "Aleksandr Mcqueen"
Çanta: "Chanel"
Ayaqqabı: Saint Laurent

Bu dəstdə olduğu kimi müxtəlif istiqamətlərə gedən zolaqlı geyimi sadə və kontrast rənglə tamamlayın.

Məncə, özünə hörmət edən, öz gözəlliyinin qədrini bilən hər bir xanım dəblə yaxından maraqlanmalı, trendlərdən xəbərdar olmalıdır. Ən əsası isə bədənini yaxşı tanımalı və ona nəyin yaraşdığı haqqında kifayət qədər məlumatlı olmalıdır. Əziz xanımlar, çalışın siz də yaz mövsümünün dəb cərəyanlarından kənarda qalmayasınız. Sizi tanış etdiyim geyim dəbindən istifadə etməyə çəkinməyin.

Yazın son trendi zolaqlı geyimlər - FOTOYazın son trendi zolaqlı geyimlər - FOTOYazın son trendi zolaqlı geyimlər - FOTOYazın son trendi zolaqlı geyimlər - FOTOYazın son trendi zolaqlı geyimlər - FOTOYazın son trendi zolaqlı geyimlər - FOTOYazın son trendi zolaqlı geyimlər - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6087   Tarix: 30 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 251
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

20:50 68
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 309
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

20.04.2024 500
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 482
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 240
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

21:20 0
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 884
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 673