Bakıda dördəm dünyaya gəldi - VİDEO

Bakıda dördəm dünyaya gəldi - VİDEOPaytaxtda yerləşən xəstəxanalardan birində dördəm dünyaya gəlib. Özü ilə birgə ruzusunu da gətirəcək körpələrə ailə sevinir.

Perinatal Mərkəzdə bir neçə gün bundan öncə dördəm dünyaya gəlib. Abbasovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Qeysəriyyə yolu ilə doğulan körpələr xəstəxana Həkimləri tərəfindən müayinə edilib.

Abbasovlar ailəsinə sevinc gətirən dördəmin üçü qız, biri isə oğlandır. Həkimlərin dediyinə görə, onların vəziyyəti normaldır.

Körpələrin atası isə sevinclə yanaşı həm də qayğılarının artdığını dilə gətirir. Abbasovlar ailəsinin bu dördəmdən əlavə daha bir qız övladı da var. Ailə hazırda kirayədə, kiçik bir otaqda yaşayır. Maddi durumları heç də ürəyaçan deyil.

"Hər ay orta hesabla 400-500 manat məbləğındə gəlirim olur. Əldə etdiyim gəlirin bir qismini, yəni 300 manatını kirayə haqqı olaraq mənzil sahibinə ödəyirəm. Yerdə 200 manat pul qalır. Artıq yeddi nəfərdən ibarət ailənin təminatı məni çox narahat edir", – deyə dördəmin atası Rəşad Abbasov bildirib.

Həkimlər əməliiyyatın çox uğurla başa çatdığını bildirir. Ana körpələrilə bir neçə gündən sonra evə buraxılacaq.

Həkim Gülmirə Daşdəmirovanın sözlərinə görə, körpələr qeysəriyyə yolu ilə dünyaya gəliblər: "Doğuş zamanı uşaqların vəziyyəti şərti olaraq kafi qiymətləndirilib. Dünyaya gələn körpələrin üçü qız, biri isə oğlandır. Onların çəkiləri 2 kilo 200 qramdan, 1 kilo 600 qrama qədərdir. Hazırda körpələrin vəziyyəti stabildir".

Aztəminatlı ailənin vəziyyətilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, ailə başcısı nazirliyə rəsmi şəkildə müraciət etməlidir. Yalnız bundan sonra onlara ünvanlı sosial yardım ayrıla bilər.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4550   Tarix: 28 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250