İnsan ömrü nəyə sərf olunur?

İnsan ömrü nəyə sərf olunur?İnsan ömrü nəyə sərf olunur? Görəsən bunun barəsində hər bir kəs fikirləşirmi? Birisi yüngül həyat sevincləri ilə yaşayır. Birisi səadət axtarmaq üçün səhərdən axşama qədər işləyir, planlar cızır. Birisi xəyallarda öz gələcəyini axtarır. Birisi yeyib-içir, yatır. Birisi mümkün olmayanı arzulayır. Birisi mümkün olmayan nəyinsə istəyində olur. Birisinin bəxti gətirir. Birisi… Birisi… Birisi…

Birisinin isə heç dünya vecinə deyil, həyatdan öz payını götürür. İstədiyini və arzuladığını o dəqiqə alır. İmkan vermir ki, istəyinin üstündən zaman, vaxt keçsin. Ancaq dünyada elə bir qanun yoxdur ki, hər bir kəsin öz qəribəliyini tənzimləsin. Bizim hər birimiz nəyi biliriksə, elə onu da bilirik… Bilmədiklərimiz barədə düşünmürük. Əksər vaxt öyrəndiklərimiz və öyrənmək istədiklərimiz bir parça çörək qazanmağa xidmət edir. Bu isə elə bir ov tələsidir ki, həmin tələyə hər an düşmək mümkündür. Ov tələsi bizi hər an gözləyir. Hər birimiz tələyə necə çörək qoyulduğunu görmüşük. Və tələ yiyəsinin o çörəyə gələni tutduğunu da görmüşük. Ona görə də tələyə düşməmək üçün bizə verilən çörəkdən də ehtiyatlı olmalıyıq. Yəqin ki, çox görmüsünüz: balıq ovunda qarmağa qurdu keçirib suya atırlar. Bu qurdu yeməyə gələn balığı tuturlar. Görün bu yolla gündə saysız-hesabsız balıqları necə ovlayırlar. Əslində çörək verənin özü də çörək qazanmaq xatirinə nələr etmir?! Çox zaman bir məsələ barəsində fikirləşmirik. Fikirləşmirik ki, çörək verənlərin özünü yoxlamaq lazımdır. Görəsən onlar nəyin xatirinə, nəyin naminə çörək verirlər?!

Çörəkçinin məqsədli şəkildə çörək qoyduğu tələ hər an insanı tuta bilər, öldürə bilər, məhv edə bilər. Tələ sabahı aydın olmayan bir qaranlıq kimi həmişə gülümsəyir. Bizim hər birimizi sakitcə gülümsəməyi ilə özünə çəkir. Ancaq… İnsan isə heç bir vaxt əhəmiyyət vermir ki, bu gülümsəyən qaranlıq onu hansı çətinliklərə aparır . Məncə, hər şey yaxşı gedir deyənlər də, fikirləşməlidir. Hər şey yaxşı gedir deyənlər bilməlidir ki, sabah hər şey yana bilər, məhv ola bilər, dağıla bilər. Kimin ağlına gələ bilərdi ki, ağlına gəlməyənlər nə vaxtsa başına gələcəkdir.

Kimin ağlına gələ bilərdi ki, qaranlıq gecə onu gözləyir. Dünyada heç bir şey ilə əbədi əylənmək olmaz. Əyləndiyimiz hər bir şeyi müvəqqəti olaraq xoşbəxtlik saya bilərik. Ancaq bunu da bilməliyik ki, xoşbəxtlik sayıb əyləndiklərimizin heç biri əbədi deyil. Axı əbədi olanlar insanları yorur. Heç məhəbbət də əbədi deyildir. Həmin hiss kimə nəsib olubsa, onlar xoşbəxtdir. Ancaq həmin hisslə əbədi olaraq əylənmək olmaz. İnsan ömrü nəyə sərf olunur? Birisi öyüd nəsihət verir… Birisi bu öyüd-nəsihətə qulaq asır… Birisi dua edir… Birisi özündən danışır… Birisi müvəffəqiyyət qazanmaq ümidi ilə yaşayır… Birisi kimlərinsə evini yıxmaq planını cızır… Birisi hələ də yazır... Birisi… Birisi…

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1263   Tarix: 29 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801