Hicab - azadlıqdır!

Hicab - azadlıqdır!Mənbə: http://zikr.az

Hicabın Allahın əmri olması

Uca Allah Qurani kərimdə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl Әhzəb, 59).
"Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar...". (ən-Nur, 31).

"Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin...". (əl Əhzəb, 33).
Hicab geyinən və digər vacib əməlləri edən qadının Cənnətə girəcəyini Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (həmçinin haram baxışlardan) qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər…" (Əhməd 1661)
Allahın əmrindən çıxaraq açıq-saçıq geyinmək isə axirət əzabına apara bilər: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).

Hicab qadını qoruyur

Hər bir qadının arzusu onu sevən və şəxsiyyətinə hörmət edən kişi ilə ailə qurmaqdır. Təssüüf ki, müasir zamanda qadınlara yalnız şəhvət gözü ilə baxan kişilər də çoxdur. Açıq-saçıq geyimi tərk edərək hicab geyinmək qadını belələrindən qoruyur. Uca Allahın "Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir(əl Әhzəb, 59) sözü həmçinin kafir ölkələrində baş alıb gedən, ölkəmizə də son zamanlar ara-sıra baş verən cinsi zorakılıq hallarının qarşısının alınmasını bildirir.
Hicab həmçinin cəmiyyətimizdə də hörmətlə qarşılanır və milli-mənəvi dəyərlərimizə də uyğundur.
İslam qadının bədənini yad gözlərdən qoruyaraq onu şəxsiyyətini uca tutmuşdur, əsl azadlıq da budur. Məgər qadının bədənini reklamlarda istifadə edənlər qadına olan hörmətdənmi, yoxsa məhsullarını satmaq üçün bunu "gözəllik", "azadlıq" adlandırırlar?


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3001   Tarix: 26 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs

08.08.2022 5246
.

Şəhid evində İFTAR

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma. Elə ailələr də var ki, bu gün onların başçılar

07.04.2022 6711
.

İftar üçün dadlı reseptlər

Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr

01.05.2022 5039
.

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc

03.04.2022 6272
.

İnsan ölən zaman nələr görür və nələr baş verir?

Çoxlarımız üçün maraqlıdır ki insan ölüm anında nə görür? İmam Əli (ə.s) bu suala belə cavab vermişdir:. İnsan dünyanın son günlərində və axirətin ilk günlərində qərar tutan zaman anidən qarşısında bir sima görər ki, onun üçün naməlumdur. Ondan soruşar ki, sən kimsən ki, mən səni tanımıram? Deyər: "Mə

10.04.2022 6257
.

Bu gecə ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi aprelin 11-də, üçüncüsü aprelin 13-də və sonuncusu aprelin 17- də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahı

09.04.2023 3820
.

Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli

17.08.2022 5780
.

Ərdoğandan Aşura paylaşımı

"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl

08.08.2022 5241
.

Aşurada qətl sınana qədər işləmək günahdır? - ARAŞDIRMA

"İslamda Aşura günü işləməməklə bağlı hər hansı bir qadağa yoxdur. İslami nöqteyi-nəzərdən ümumiyyətlə belə bir qadağa ola bilməz. Aşura gününün digər günlərdən hər hansı bir fərqi yoxdur". Bunu Aşura günü işləmək qadağasının olub-olmamasl ilə bağlı -a açıqlama verən ilahiyyatçı Elşad Mahmudo

06.08.2022 5697