Azərbaycanlı iş adamı Latsio ilə danışıqlar aparır

Azərbaycanlı iş adamı Latsio ilə danışıqlar aparır

İtaliyanın "Latsio" klubu azərbaycanlı iş adamı ilə sponsorluğa dair danışıqlar aparır.

Söhbət yaxın 3 il ərzində Roma təmsilçisinin forma reklamından gedir.

Azərbaycan tərəfinin "Latsio"ya bundan ötrü ümumilikdə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin italiyalı həmkarlarımız həmin şəxsin adını açıqlamayıb. Klubun formaları üzərində "Land of Fire Azerbaijan" sözlərinin yazılacağı güman edilir.

Hərçənd, sponsorun yenə Hafiz Məmmədov olacağı göstərilmir. O da bildirilir ki, Məmmədov 2012-ci ilin sonlarında İspaniya "Atletiko"su ilə anlaşmazdan öncə məhz İtaliya klubu ilə təmasda olub.

Qeyd edək ki, İtaliya A seriyasında 28 turdan sonra "Latsio" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Ağ-mavilər" bir müddətdir forma reklamı olmadan oyunlara çıxırlar.

publika.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1387 Tarix: 28.03.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 04.04.2015
Xəbərə Görə TəşəkkürLər.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər