İnsanlar nifrət instinktinə yoluxublar

İnsanlar nifrət instinktinə yoluxublarTanınmış rus aktrisası "Deutsch Welle"yə müsahibəsində azadlıq, güclü hökümət və Rusiyada yayılmaqda olan aqressiya haqda danışır, həmçinin o son dövr özünə olan təhdidlərdən söz açır.

- Necə düşünürsünüz, rus insanına azadlıq lazımdırmı? Axı, tarixə baxanda görürük, bu xalq əvvəl monqol-tatar zülmü altında yaşayıb, sonra kölə kimi çalışan kəndlilər olublar, onun ardınca SSRİ-yə qatlaşıblar, bəlkə biz yumruq altında yaşamağıxoşlayırıq.

- Bununla ölçəsi olsaq gərək pterodaktillərin, dinozavrların dövründən başlayaraq insanı tədqiq edək. İnsanların bir-birlərini tonqalda yandıraraq inkişaf etdikləri dövrlərə qədər enmək lazım gələcək. Axı,insanlar ən qorxunc tarixi hadisələrdən çıxardıqları nəticələrlə birgəyaşayışa öyrəniblər.

- Ancaq, ictimai sorğular aparan "Levada-Mərkəzi" Stalinin xalqa arasında indinin özündə də məşhur olduğunu aşkarlayıb. Putinin nüfuzu isə sorğularda rekord həddə qiymətləndirilib, əhalinin 80 faizindən çoxu onu dəstəkləyir. Bütün bunlar bizim güc tətbiq edən hakimiyyəti sevdiyimizi göstərmirmi?

- Bilirsən, bizim yanlış mühakimə yürüdə biləcəyimiz çox müərəkkəb mövzular var. Xüsusilə də, nə tarixçi, nə filosof, nə də vəziyyəti dərindən bilən birisi olmadığım üçün mən belə mövzularda mühakiməyə girişmirəm. Amma deyə bilərəm ki, xalqın böyük hissəsi düşünmək istəmir: onlar təbliğatın əsirlərinə çevriliblər, təbliğat da ki, olduqca zəhərli şeydir. Hər bir zəhər kimi o da neştərini sancmağa bir yer axtarır və bunu geniş düşünülmüş şəkildə, elmi yolla, inamla, bu sahədə böyük bilik bazasına malik adamlar vasitəsiləhəyata keçirir. Özünü qorumayan insanlar isə hörümçək toruna düşən ağcaqanad kimi təbliğatın toruna düşürlər.

- Belə insanlar olduqca çoxdur...

- Bax mən öz-özümə düşünürəm, özlərinə bənzər insanları incidən o mutantlar görəsən indi hardadır? İnsana əzab vermək, canını acıtmaq, alçaltmaq, təhqir etmək onların peşəsinə çevrilmişdi. Onlar kim idilər? Stalin və faşist düşərgələri ləğv ediləndən sonra haraya qeyb oldular? İndi haralardadırlar? Və niyə yenidən ortaya çıxmağa başlayırlar?

- Bu halda insana azad olmağı öyrətmək mümkündürmü? Servantesin "Don Kixotunu" yada salaq o kütləni sivilləşdirmək üçün nə qədər çalışsa da, heç nə alınmır. Və bu qəhrəman faciəvi tale yaşayır.

- Nəfəs aldığımız havaya qədər zəhərlənib! Yaşadığımız mühit təbliğatla zəhərlənib. Abu-hava elədir ki, insanlar heyvanlar kimi bir-birlərinə nifrət instinkti ilə yoluxublar, hamını bir xətt boyunca düzüb, o xəttən kənara çıxmağa, başqa istiqamətə getməyə qoymurlar, heç kim kütlənin düşüncəsinə zidd düşnməməlidir, heç kim kütlədən fərqli şəkildə nəfəs almamalıdır. Bu mənə xeyli Avropanın 30-cu illərini xatırladır. Çox təhlükəli vəziyyətdir.

- Bəs siz özünüzü azad sayırsınız?

- Özüm haqda fikir söyləmək mənə çətindir. Yaşadığın çevrə çox mühümdür. Bu baxımdan bəxtim gətirib. Ya intuisiyadan, ya hissiyyatdan, ya da Tanrının mərhəmətindən çevrəmdə həmişə irəli görüşlü adamlar olub.

- Bəs necə düşünürsünüz, bizdə azadlıq özbaşınalıqla səsləşmirmi?

- Hə, hə.

- Məsəlçün, "Charlie Hebdo"nun etdikləri, ruslar onların karikaturalarını özbaşınalıq hesab edirlər.

- Mən bunun əleyhinəyəm! Genetikadan qaynaqlanan bəzi dərin şeylər var. Belə mövzularda lağ-lağı, ələ salma, ironiya etməyi məsləhət görmürəm. Ancaq problemi ictimailəşdirmək olar! O da artıq edilib. İnsanlar kamera qarşısında baş kəsərkən biz artıq bunun necə qorxunc siqnal olduğunu qavramalıyıq. Bütün bəşəriyyət bu siqnaldan dərs çıxarmalıdır.

- Zaur Dadayev Boris Nemtsovun qətlində motivlərindən birinin onun "Charlie Hebdo"nu dəstəkləməsi olduğunu bildirmişdi.

- Bilirsiniz, bu haqda nə isə demək istəməzdim, çünki istintaqın əsl qatili axtarıb tapacağına ümüdlüyəm, ancaq güllələmələrin də davamlı olacağına əminəm. Qulağımız o qədər yalan eşidib ki, daha heç nəyi həqiqət kimi qəbul edə bilmirik. Yalançının əhvalatını bilirsiniz də, bir dəfə deyir evim yanır, yalan çıxır, ikinci dəfə deyir evim yanır yalan çıxır, daha üçüncü dəfə həqiqətən yananda heç kim inanmır. İndi bizim hakimiyyətimiz elə edib ki, nə desə inanmırıq.

- Bəs, rus xalqını necə görürsünüz?

- Bilmirəm! Biri var qara camaat, bir də var düşünən, ciddi insanlar topluluğu. Mən rus xalqını ikincilərin simasında tanıyıram. Belələri əziyyətlə yaşayırlar, bəzən vətən eşqindən misilsiz rəşadət göstərə bilirlər! Belələrini mitinqlərdə görürəm, elə heyrətamiz insanalardırlar ki! Sülsevərdirlər! Hamıya sülh arzulayırlar! Onlar uşaqlarıyla, itləriylər, uşaq arabasıyla mitinqlərə qatılırlar. Xeyirxah adamlardırlar. Onların arasında güvən, ümumi bədbəxtliklə barışıqlıq əhvalı hiss olunu, ancaq qətiyyən kimsəyə qarşı aqressiya duymurlar.

- Sizi rusofobiyada suçlandırırlar... Düzünü desəm heç bilmirəm nə üçün?

- Heç mən də bilmirəm. Nemtsov, Makareviç, Şenderoviç və mənim soyadlarımız Kiyev vağzalının ayaqyolunda döşəməyə yazıblar... Yaxşı kompaniyadır.

- Bunu ki, hökümət yox, sadə insanlar edir.

- Ancaq onları yönləndirən kimsə var! Kimsə bu estetikanı təbliğ edir. Onlara deyirlər: "Cum ona, cum ona! Tut! Tut! Tut!". Eynilə itlərə deyilən kimi. Onlar adamı izləyə bilərlər, qorxuda bilərlər, ağlını itirmək həddinə çatdırarlar. Parxomenkonu qorxudanlar kimdir?! Eləcə də Kseniya Sobçakdan da əl çəkmirlər. Mən də belə təhdid məktubları almışam... İnanın ki, belə şeylərdən sonra adamın əsəbləri tarıma çəkilir!

- Rus tarixçiləri, mədəniyyət adamları deyirlər ki, 20-ci əsrin sonlarında SSRİ-ı dağılandan sonra Rusiyada mədəni səviyyə qəflətən düşməyə başladı. Sizcə bu nədən qaynaqlanır?

- Mədəniyyət ölümsüzdür, ancaq isteriya və nifrət dolu çevrədə onun əli-qolu bağlanır! Bizim cəmiyyətdə aqressiya hökm sürür! Qorxunc bir aqressiyanın toxumları səpilir. Özü də dövlət siyasəti çərçivəsində! Bunun arxasında duranlar var. Adamları bir-birinin ardınca zəhərləyirlər. Eynilə Stalin dönəmindəki kimi, daxili düşmən anlayışı gündəmə gətirirlər... Gecə-gündüz daxildə düşmən axtarılır. Yaşadığımız çevrə başdan-başa zəhərlənib! Hər şeyin bircə səbəbi var. Qorxu! Cəmiyyətdə qorxu hökm sürür. Bir yandan da qorxunu körükləyirlər! Kremlin kandarında Boris Nemtsovu öldürmək nə deməkdir? Onun arxasınca Kseniya Sobçaka: "Bundan sonra sənsən" – deyə xəbərdarlıq etmək nə üçündür, bəs Parxomenkoya telefonla edilən təhdidlər, bəs mənə yazılan məktub? Borya qətlə yetirilənə qədər polisə getmək istəyirdim, sonra, başım qarışdı, yadda çıxdı... Ölkədə məgər dəli azdır?

- Bəs indi elə məktub alsanız, gedəcəksiniz?

- Yenə alsam, hər şeyi axınına buraxacam. Hədə-qorxu bizim indi xatırlamaq istəmədiyimiz illərə geri qayıtmaqda olduğumuza bir işarədir.

- Axı, sadəcə baş götürüb ölkədən gedə bilərdiniz, sizi burda saxlayan nədir?

- Siz nə danışırsınız... Xeyr. Xeyr. Mən burda yaşamaq istəyirəm.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 825   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875