Qarabağ Moskvanın nəzarəti altında keçsin

Qarabağ Moskvanın nəzarəti altında keçsin"Daha geriyə yol yoxdur".

Əgər Qarabağ Azərbaycana qaytarılsa, ermənilər narazı qalacaq. Əgər indiki status-kvo qəbul edilsə, siz narazı qalacaqsınız. Mən üçüncü variantı təklif edirəm - Qarabağın Moskvanın nəzarəti altına keçməsini elan etmək olar.

Müsahibəsində Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri, məşhur siyasətçi Vladimir Jirinovski bildirib.

Onun sözlərinə görə, bu bölgədəki ermənilərin və azərbaycanlıların təhlükəsizliyini, insanların sərbəst hərəkətini, iqtisadiyyatı Rusiya bərpa edə bilər.

"Bunu aralıq variant kimi sınaqdan çıxarmaq olar. Qarabağda Azərbaycan bayrağının dalğalanmasını istəmirlər. Ümumi bir bayraq fikirləşib tapmaq olar. Məsələn, MDB-nin bayrağını. O bayraqda qoy Rusiya, Azərbaycan və Ermənistan bayraqlarının elementləri olsun".

Jirinovski bildirib ki, Moskva üçün çox çətindir.

"Gürcü-abxaz münaqişəsini götürək. Onlar heç vaxt barışmayacaq. Gürcüstan Abxaziyanın müstəqil olmasını istəmir. Abxaziya isə Gürcüstanın tərkibinə qayıtmağı qətiyyən arzulamır və bu haqda heş eşitmək belə istəmir. Cənubi Osetiyanın mövcudluğunu istəmirlər. Bizim Cənubi Osetiya ilə yanaşı Şimaali Osetiya problemimiz də var.

Bütün bu problemlər sovet hakimiyyətinin tör-töküntüləridir. Çar Rusiyası zamanında belə problemlər yox idi. Bakı və İrəvan quberniyaları var idi. İndi hər şey bir-birinə qarışıb. Ona görə problem yox idi ki, o zaman ərazi bölgüsü vardı. Milli mənsubiyyət prinsipi əsasında bölgü yox idi.

İndi isə siz müstəqil dövlətlərsiniz və daha geriyə yol yoxdur. Bunu başa düşməlisiniz ki, Moskvada kimlərəsə simpatiya və ya antipatiya yoxdur. Bizə heç bir müharibə lazım deyil. SSRİ-ni qoruyub saxlamaq və bütün münaqişələri necə deyərlər, beşiyində boğmaq lazım idi. Milli ədavət zəminində münaqişələrə yol verilməməli idi. Onların qarşısını almaq lazım idi".

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1534   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281