XİN xarici vətəndaşlara xəbərdarlıq etdi

XİN xarici vətəndaşlara xəbərdarlıq etdi"Azərbaycan bu məsələdə çox praqmatik və açıq fikirlidir".

Peşəkar fəaliyyətlərini həyata keçirmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək istəyən tədqiqatçılar, alimlər və jurnalistlər bunu qanun çərçivəsində etməlidirlər.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "This week in focus" verilişində deyib. Onun sözlərinə əsasən, Azərbaycan bu məsələdə çox praqmatik və açıq fikirlidir və Dağlıq Qarabağ münaqişəsini araşdıran və ya işıqlandıran şəxslərə qanun çərçivəsində praktiki həll təklif edir.

H.Hacıyev qeyd edib ki, peşəkar fəaliyyəti həyata keçirmək məqsədilə Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün əcnəbilər Azərbaycan XİN-ə ərizə göndərməlidirlər: "ABŞ-ın "The New York Times" qəzetinin nümayəndələri bu yaxınlarda Dağlıq Qarabağa səfər etmək üçün belə ərizə təqdim etmişdilər. Onlar Ermənistan-Azərbaycan münaqişəsi və hər iki tərəfdəki vəziyyətlə bağlı reportaj hazırlamağı planlaşdırırdılar. Jurnalistlər XİN-ə müracitələrində qeyd etmişdilər ki, Azərbaycanın qanunlarına və normativ aktlarına, eləcə də ölkənin ərazi bütövlüyünə hörmət edirlər. Nəticədə qəzet nümayəndələri işğal edilmiş ərazilərə qanuni icazə aldılar və Azərbaycanın digər regionlarında işləyən jurnalistlərə verilən akkreditasiya kartları əldə etdilər. Çünki Dağlıq Qarabağ Ermənistanın işğalı altında olsa da, Azərbaycan ərazisidir. Bundan başqa, Böyük Britaniyadan olan araşdırmaçılar qanun çərçivəsində Azərbaycan XİN-dən icazə aldılar və Dağlıq Qarabağa baş çəkdilər".

O əlavə edib ki, daha əvvəl xarici jurnalistlər Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün zəruri prosedurlar barədə məlumatlı deyildilər: "Buna görə də bu məsələdə əcnəbilərin məlumatlılığını artırmaq olduqca vacibdir və XİN bunun üzərində fəal işləyir".

H.Hacıyev bildirib ki, Ermənistanın Dağlıq Qarabağa əcnəbilərin cəlb edilməsi hesabına pul əldə etmələri barədə bəyanatı gülməlidir: "Bu regiona qanunsuz səfər edən insanların böyük əksəriyyəti Ermənistan vətəndaşlarıdır. İkinci qrup digər ölkələrin erməni diasporasının üzvləridirlər. Digərləri isə aldadılaraq Ermənistanın regionlarından birinə aparılanlardır. Onlar da bilmirdilər ki, Azərbaycanın işğal edilmiş ərazilərindədirlər. Bu qrupdan olan bir çox insanlar bizə müraciət edir. Onlar vəziyyəti başa düşürlər və Azərbaycanın ərazi bütövlüyünə dəstək verirlər. Onlar Azərbaycanın qanunlarına hörmət edirlər və istəyirlər ki, respublikaya səfər etmək üçün arzu edilməyən şəxslər siyahısından çıxarılsınlar. Ermənistanın təbliğatına və informasiya kampaniyasına baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkənlərin sayı azalır. Bunu statistik məlumatlar təsdiq edir. Məsələn, 2014-cü ildə Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısı 60-70 nəfər azalıb".

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 692   Tarix: 26 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988